azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miri yusif - ülgüc lyrics

Loading...

[bənd 1]
qəlbin heç kim bilmədiyi sirlərlə dolu
ancaq gecələrə açmağına doğru
cəmiyyət sənə qarşı
hissiyyat sənə qarşı
ürəyin donub, olubdur qəm sirdaşı

gizlin evdən çıxıb macəraya gedən yolu
külək sənin üçün istiqamət qolu
sənə görə doğru yalan
mənə görə yaran doğru
iti sözlərinə qarşı ürəyim yorğun

[nəqərat]
sən yorulmusan əzablar içində
arzuların qismət qəfəsində
addımların ülgüc üzərində

sən yorulmusan əzablar içində
arzuların qismət qəfəsində
addımların ülgüc üzərində

(tənhalıq yolçusu…)
(tənhalıq yolçusu…)

[bənd 2]
sən oyananda gündüz sönür
sən boğulanda dəniz ölür
söz yaşından göz yaşları
qarğışa dönüb, başlara qonub
zaman öz varlığıyla keçmişi ötüb
gələcəyə dönüb
könlün öz yoxluğuyla vicdanı bölüb
hissləri bölüb

hər gün ölümlə qol+boyun
hər gün həyatla gic oyun
boyun yalvarır onu soyun
mən bu mənasız dünyanı necə duyum, uyum…

zaman qatarında gecikmiş sərnişinsən
dənizdə tək qalan küləksiz gəmisən

(tənhalıq yolçusu…)
(tənhalıq yolçusu…)

aydın günü görməyə sən etmisən tövbə
daimi axan kədərə tutmusan növbə
amma demə niyə, amandır demə niyə?
bu mahnı məndən olsun sənə hədiyyə

[nəqərat]
sən yorulmusan əzablar içində
arzuların qismət qəfəsində
addımların ülgüc üzərində
sən yorulmusan əzablar içində
arzuların qismət qəfəsində
addımların ülgüc üzərində

sən yorulmusan əzablar içində
arzuların qismət qəfəsində
addımların ülgüc üzərində



Random Lyrics

HOT LYRICS

Loading...