azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miro [az] – məni anla (akustik) lyrics

Loading...

[bənd 1]
gözlərimi gözlərində
gözlədim və dolmadı
nə sənlə bir gün olmadı
nə sənsiz ömrüm olmadı
nə təkcə…
bir özüm və bir gödəkcəm
götürmədim ki heç nəyi
bəhanə olsun qayıtmaq
düşünmədim ki, düşünsün
o getdi, bir də qayıtmaz

məncə…
ürəyimə dəydi xəncər
gözlərimlə gördüyüm bu kadra
mən özüm inanmadım
nə sanki orada olmadım
və sanki heç nə görmədim
nə bu gecə geriyə dönmədim
yandım orada, sönmədim
və susdum, ancaq dinmədim
elə bil, öldürülmədim mən orada
davam edə bilmədim yoluma
anladım, axmağam sonda
inanmaq olmaz
[nəqərat]
məni anla, davam etmir sevgi yalanla
düzəlmir heç nə zamanla
səninlə heç olan o anlar
anla, xəyanət edən o adamla
necə yaşayım bu yalanla?
düzəlmir heç nə zamanla

anla, davam etmir bu yalanla
düzəlmir heç nə zamanla
səninlə heç olan o anlar

[bənd 2]
mənim əllərimdə sevginin buz olmuş istisi
yox edib sonda, biz bizi itirib
qəlbdə hər izi yıxıb bir anda
gözlərimdə qurudu, qaldı damla

itib qaranlıqda sanki gözlərində qalmışam
icazə verməsən də yanlışa
səninlə birgə yanmışam nə halda
ürəyimi qoymuşam mən, de, harada?

nə bilərdim ki, xəyanətlə
birgə rədd edib məni
və sevgi rədd edib, gəlib
o deyir, həddi bilmədi
ürək yandı, dinmədim
və necə oldu, bilmədim
yığdı, telefonu açdım
susub səsini dinlədim
mən orada davam
edə bilmədim yoluma
anladım, axmağam sonda
inanmaq olmaz
[nəqərat]
məni anla, davam etmir sevgi yalanla
düzəlmir heç nə zamanla
səninlə heç olan o anlar
anla, xəyanət edən o adamla
necə yaşayım bu yalanla?
düzəlmir heç nə zamanla

anla, davam etmir bu yalanla
düzəlmir heç nə zamanla
səninlə heç olan o anlar



Random Lyrics

HOT LYRICS

Loading...