azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miro [az] - soyuducu lyrics

Loading...

[bənd 1]
bu sevgi xoş gün vermədi mənə
qara palçıq, boş üz qarası
bizi itirən itirib onsuz
icazə vermərəm mən, axtarıb+arasın
mən kədərəm, gəlsən, gedərəm
bəlkə də, səndən betərəm
elə bil mən bakıyam
dərdlərin üzərimə hörülən bir qız qalası

[nəqərat]
mən ürəyimi soyuducunun içinə atım
elə bəlkə donar? sənə belə soyuyar?
ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
olarmı, de, səsimi duyan?
bu lənətə gəlmiş yuxudan oyan
dilim də dönmür axı, deyə ki, dayan
nə olur, olsun, səni hələ sevirəm
özümdən çıxdım, sənə gəlirəm

mən ürəyimi soyuducunun içinə atım
elə bəlkə donar? sənə belə soyuyar?
ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
olarmı, de, səsimi duyan?
bu lənətə gəlmiş yuxudan oyan
dilim də dönmür axı, deyə ki, dayan
nə olur, olsun, səni hələ sevirəm
özümdən çıxdım, sənə gəlirəm
[bənd 2]
bu yorğun gözlərimi, günlər keçib, ay keçib
mən hələ yummamışam
nə yox dərdimə yananım
hərdən eşidilir səsi güzgülərin danışan
bu, sənin əsərin, bu, sənin uğurun
bu, məni yox edir, amma səni doğurur
buraxır əlimi yarıda yolun
toxuna bilim necə əlinə onun?

[nəqərat]
mən ürəyimi soyuducunun içinə atım
elə bəlkə donar? sənə belə soyuyar?
ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
olarmı, de, səsimi duyan?
bu lənətə gəlmiş yuxudan oyan
dilim də dönmür axı, deyə ki, dayan
nə olur, olsun, səni hələ sevirəm
özümdən çıxdım, sənə gəlirəm

mən ürəyimi soyuducunun içinə atım
elə bəlkə donar? sənə belə soyuyar?
ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
olarmı, de, səsimi duyan?
bu lənətə gəlmiş yuxudan oyan
dilim də dönmür axı, deyə ki, dayan
nə olur, olsun, səni hələ sevirəm
özümdən çıxdım, sənə gəlirəm
[çıxış]
bu gün bütün pəncərələri açıb səni gözləyəcəm
bir əsinti və ya yağış
bəlkə bir ağacdakı son yarpaq kimi
hansı cisimdə olursan, ol
istəsən, ruhsuz, ya da qanlı+canlı
necə istəyirsən, elə gəl
bunu bil ki, heç cür sənsiz olmur
nə mən, nə də ürəyim sənə soyumur



Random Lyrics

HOT LYRICS

Loading...