azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miro [az] - yadımdadı lyrics

Loading...

mən indi deyil, ölmüşəm əvvəldən
geri gəl, yenə al məni məndən
səni düşünən bir ürək var təkcə
geri qalanını al, geri get yenidən
olmaz çünki
sən alov, mən buz, sənsən məni əridən
bizi bitirən nəsə var, mən bilirəm
sənsiz adam olmaz məndən
sabahı boş ver, qalaq dünəndə
əzdik, vurduq, sevgini divara
de, indidən sonra nə gələcək axı əldən?!
üzümü çevirib ağlıyıram mən, utanıram axı səndən

səninlə yaşanan hər şey yadımdadı, mənim yadımdadı
unutmuram sənin ətrini, gülüşünü, yanaqda qəmzəni
heçkimə bənzəmir, gözlərin hər şeyi baxanda xatırladır
məni məhv edir, ona görə baxmıram bəlkə də yadırğadım

(səninlə yaşanan hər şey…)

biraz hüzur, biraz şərab, biraz yox elə məni, biraz yarat
biraz ölüm, yada biraz yara, biraz uzaq ol məndən
biraz dayan, budur miras qalan
bəlkə də bunları sevgidir tarazlayan
düşünmə, sonunu boş ver getsin (ey)
biraz da yan, hələ külə var, dayan, biraz da yan
nə tərk edən mənəm, nə rastlayan
axı dərində deyiləm dayazdayam, de necə yazmayaq?!
axı sevgidir bütün bunları tarazlayan
səninlə yaşanan hər şey yadımdadı, mənim yadımdadı
unutmuram sənin ətrini, gülüşünü, yanaqda qəmzəni
heçkimə bənzəmir, gözlərin hər şeyi baxanda xatırladır
məni məhv edir, ona görə baxmıram bəlkə də yadırğadım

səninlə yaşanan hər şey yadımdadı, mənim yadımdadı
unutmuram sənin ətrini, gülüşünü, yanaqda qəmzəni
heçkimə bənzəmir, gözlərin hər şeyi baxanda xatırladır
məni məhv edir, ona görə baxmıram bəlkə də yadırğadım

Random Lyrics

HOT LYRICS

Loading...