miro (aze) - sehrləndim lyrics
[bənd 1]
hər gecənin səhərində günəştək sənsən
pəncərəmin üzərindəki nursan
necə deməyim: “yaxşı ki, varsan!”?
ətrini duymadan hər şeyi boş verib ölsəm
sən bədənimdəki ikinci cansan, yar
[keçid]
amma gülməsən
üzünü bir gün görməsəm
ürəyim dayanar mənim
səni sevməsəm
[nəqərat]
mən sözünə vurulubmu zəhərləndim?
ya gözünə baxıbmı kədərləndim?
əlini tutaraq qucağıma sıxıb
dodağını öpübmü sehrləndim?
mən gözünün qarasında möhürləndim
ya da sənin qəm baxışında kədərləndim
əlini tutaraq qucağıma sıxıb
dodağını öpübmü sehrləndim?
[bənd 2]
içmişəm bu gün, yorğunam bir az
gözlə, hisslərim danışsın daha
həsrətindəyəm, yanıma gəl mənim
ətrin nəfəsimə qarışsın daha
gözlə birtəhər, əlini tutum axı
sərxoşam sənə, yellənir başıma ay
üzün məni seyr edən zaman
eşqlə hisslərin danışsın
[keçid]
axı gülməsən
üzünü bir gün görməsəm
ürəyim dayanar mənim
səni sevməsəm
[nəqərat]
mən sözünə vurulubmu zəhərləndim?
ya gözünə baxıbmı kədərləndim?
əlini tutaraq qucağıma sıxıb
dodağını öpübmü sehrləndim?
mən gözünün qarasında möhürləndim
ya da sənin qəm baxışında kədərləndim
əlini tutaraq qucağıma sıxıb
dodağını öpübmü sehrləndim?
Random Lyrics
- tarab - самая романтичная песня (the most romantic song) lyrics
- hooligan chase - as bad as it looks lyrics
- nazareth suedegod - candy (interlude) lyrics
- yandel - el trote lyrics
- гошахимки (goshahimki) - ihateu lyrics
- velour 100 - sky from underwater lyrics
- tobi lou - hurting me lyrics
- flako nko - vito & joey lyrics
- ethan miller - wealthy lyrics
- frances willow - i wouldn't do that lyrics