mirzə babayev - çağırsan, gələrəm yenə (solo) lyrics
[bənd 1]
yenə o anları salıram yada
gəlir qulağıma qərib bir səda
məhəbbət var imiş hələ dünyada
çağırsan, gələrəm, gələrəm yenə
[nəqərat]
görüş yollarının izi dumandır
bu şirin vüsalın özü gümandır
həsrətə dözüm yox, səslə, amandır
çağırsan, gələrəm, gələrəm yenə
görüş yollarının izi dumandır
bu şirin vüsalın özü gümandır
həsrətə dözüm yox, səslə, amandır
çağırsan, gələrəm, gələrəm yenə
[bənd 2]
dinir yarpaqların xəzan yağışı
döşənir yollara həsrət naxışı
sozalır, quruyur gözümün yaşı
çağırsan, gələrəm, gələrəm yenə
[nəqərat]
görüş yollarının izi dumandır
bu şirin vüsalın özü gümandır
həsrətə dözüm yox, səslə, amandır
çağırsan, gələrəm, gələrəm yenə
görüş yollarının izi dumandır
bu şirin vüsalın özü gümandır
həsrətə dözüm yox, səslə, amandır
çağırsan, gələrəm, gələrəm yenə
[bənd 3]
qatarlar doğrayıb tökər keçəni
qatarlar qaytarmaz olub+keçəni
keçirəm xəzəlli, o dar küçəni
çağırsan, gələrəm, gələrəm yenə
[nəqərat]
görüş yollarının izi dumandır
bu şirin vüsalın özü gümandır
həsrətə dözüm yox, səslə, amandır
çağırsan, gələrəm, gələrəm yenə
həsrətə dözüm yox, səslə, amandır
çağırsan, gələrəm, gələrəm yenə
çağırsan, gələrəm, gələrəm yenə
[çıxış]
çağırsan, gələrəm, gələrəm yenə…
gələrəm yenə…
Random Lyrics
- rossini - what sense lyf3 lyrics
- tanel padar & the sun - missing your love lyrics
- devarmax - get over lyrics
- woesxo - moon lyrics
- stack bundles - crosscountry connection lyrics
- wednesday (canadian band) - roses are red my love lyrics
- ynt joshy - set it off lyrics
- delovered - еще здесь (still here) lyrics
- treebeard - whispers of life on the wind (acoustic) lyrics
- counter riot - faster lyrics