mirzə babayev - nə deyirəm, bəyənmirsən lyrics
[bənd 1]
baxışına yazmı deyim?
sözünə ayazmı deyim?
tufan saldın qəlb evinə
bu nə işvə, nazmı deyim?
[nəqərat]
neyləmişəm, bu mən, bu sən
açammadım, necə sirsən?
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
[bənd 2]
əlində xına gəlmədi
bir dost aşına gəlmədi
hamıya xoş olan canım
sənin xoşuna gəlmədi
[nəqərat]
neyləmişəm, bu mən, bu sən
açammadım, necə sirsən?
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
[bənd 3]
yüz yol durub+oturmusan
ürəyimə od vurmusan
haçandan düşmən olmuşuq?
elə qəsdimə durmusan
[nəqərat]
neyləmişəm, bu mən, bu sən
açammadım, necə sirsən?
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
[keçid]
bağçalar barı neyləyər?
heyvanı, narı neyləyər?
sənin kimi yarı olan
daha əğyarı neyləyər?
[nəqərat]
neyləmişəm, bala, bu mən, bu sən
açammadım, necə sirsən?
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
hər işimə söz axtarıb
nə deyirəm, bəyənmirsən
nə deyirəm, bəyənmirsən
nə deyirəm, bəyənmirsən
[çıxış]
eh, nə deyirəm, bəyənmirsən
Random Lyrics
- ray wilson - calvin and hobbes lyrics
- high gallows - wrong turns, dead ends lyrics
- dejinha de monteiro - povo na praça lyrics
- ai tomioka ( 冨岡 愛) - good bye bye (eye to eye) - romanji (romanized) lyrics
- bornt2fuck - her choice lyrics
- sofaygo - don't care lyrics
- solltude - alone in the dark lyrics
- tana - u lyrics
- dakky boi (variety) - 100 lyrics
- tyhler rosse, niuldey - passenger lyrics