azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

murad arif - popurri: daşlı qala, aman ovçu lyrics

Loading...

popurri: daşlı qala, aman ovçu lyrics
[bənd 1]
deyirsən, yanında qalacağam mən
çox gözəl fikirdir, qal, sənə qurban
deyirsən, yanında qalacağam mən
çox gözəl fikirdir, qal, sənə qurban

nə zaman istəsən, əziz canımı
qumral gözlərinlə al, sənə qurban
nə zaman istəsən, əziz canımı
qumral gözlərinlə al, sənə qurban

[nəqərat]
sən müşviqin yanında
qalginən, sənə qurban
istəsən bu canımı
alginən, sənə qurban

sən müşviqin yanında
qalginən, sənə qurban
istəsən bu canımı
alginən, sənə qurban

[bənd 2]
gəlmiş hüzuruna bir qara dağlı
bir qara qulundur, qolları bağlı
gəlmiş hüzuruna bir qara dağlı
bir qara qulundur, qolları bağlı
gəl çəkmə könlümə sən hicran dağı
gümüş topuğunda xal, sənə qurban
gəl çəkmə könlümə sən hicran dağı
gümüş topuğunda xal, sənə qurban

[nəqərat]
sən müşviqin yanında
qalginən, sənə qurban
istəsən bu canımı
alginən, sənə qurban

sən müşviqin yanında
qalginən, sənə qurban
istəsən bu canımı
alginən, sənə qurban

[bənd 3]
bulaq başı toz olar
üstü dolu qız olar
əyil, dəsmalını götür
mən götürsəm, söz olar

bulaq başı toz olar
üstü dolu qız olar
əyil, dəsmalını götür
mən götürsəm, söz olar
[nəqərat]
bu qala daşlı qala
çınqıllı, daşlı qala
qorxuram, gəlməyəsən
gözlərim yaşlı qala

bu qala daşlı qala
çınqıllı, daşlı qala
qorxuram, gec gələsən
gözlərim yaşlı qala

[bənd 4]
qızılgül olmayaydı
saralıb solmayaydı
bir ayrılıq, bir ölüm
heç biri olmayaydı

mən aşiq olmayaydım
saralıb solmayaydım
bir ayrılıq, bir ölüm
heç biri olmayaydı

[nəqərat]
bu qala, bu qala
qala, qala, daşlı qala
çınqıllı, daşlı qala
qorxuram, gəlməyəsən
gözlərim yaşlı qala
bu qala daşlı qala
çınqıllı, daşlı qala
qorxuram, gec gələsən
gözlərim yaşlı qala

[bənd 5]
aman, ovçu, vurma məni
mən bu dağın, ay balam, maralıyam
aman, ovçu, vurma məni
mən bu dağın, ay balam, maralıyam

maralıyam, həm də yaralı
ovçu əlindən, ay balam, yaralıyam
maralıyam, həm də yaralı
ovçu əlindən, ay balam, yaralıyam

[bənd 6]
bu dağlarda maral gəzər
əl ayağın, ay balam, daşlar əzər
bu dağlarda maral gəzər
əl ayağın, ay balam, daşlar əzər

mən yarıma neyləmişəm?
yarım məndən, ay balam, kənar gəzər
mən yarıma neyləmişəm?
yarım məndən, ay balam, kənar gəzər

[bənd 7]
maral qaçar dağ üstə
bülbül uçar bağ üstə
maral qaçar dağ üstə
bülbül uçar bağ üstə

niyə məndən küsürsən?
dağ çəkirsən dağ üstə
niyə məndən küsürsən?
dağ çəkirsən dağ üstə

getmə, getmə, maralım
nə ki, dərdin var alım
gözlərinə baxmasam
gözlərimdən saralım

getmə, getmə, maralım
nə ki, dərdin var alım
gözlərinə baxmasam
gözlərimdən saralım

sev ki, sevən mərd olar
sevməyən namərd olar
sev ki, sevən mərd olar
sevməyən namərd olar

sevəsən, ayrılasan
bax, bu yaman dərd olar
sevəsən, ayrılasan
bax, bu yaman dərd olar

sevgilini qınama
qınayırsan, sınama
dolanaram başına
gəlin olsan anama

sevgilini qınama
qınayırsan, sınama
dolanaram başına
gəlin olsan anama



Random Lyrics

HOT LYRICS

Loading...