nəzakət teymurova - gəlməsən sən lyrics
[bənd 1]
intizardayam, gözlərim yolda, könlüm dardadır
çox nigaranam
deyirəm, indi, görən, haradadır?
dərdimin ortağı tək sən idin
könlümə ən yaxın həmdəm idin
nədən üzürsən məni, bilmirəm
incidinmi? ah, niyə gəlmədin?
[keçid]
sənsiz tənhayam, ömrün gülşəni saralmazmı?
payız ötüşür, qış gəlsə, yolu qar almazmı?
gəl, könlümün sultanı
[nəqərat]
şadlanıb gülmərəm, gəlməsən sən
dərdimi bölmərəm, gəlməsən sən
fələyə can vermərəm, gəlməsən
dönmərəm, ölmərəm, gəlməsən sən
[bənd 2]
yollar uzanıb, yoxsa mən könüldən uzaqdayam?
bir özün söylə, axı niyə belə sınaqdayam?
yanağımdan yenə yaş süzülür
kefimə incilər düzülür
tükəndi dağ səbrim, ömür gödək
həsrətindən ürəyim üzülür
[keçid]
sənsiz tənhayam, ömrün gülşəni saralmazmı?
payız ötüşür, qış gəlsə, yolu qar almazmı?
gəl, gözlərin qurbanı
[nəqərat]
şadlanıb gülmərəm, gəlməsən sən
dərdimi bölmərəm, gəlməsən sən
fələyə can vermərəm, gəlməsən
dönmərəm, ölmərəm, gəlməsən sən
şadlanıb gülmərəm, gəlməsən sən
dərdimi bölmərəm, gəlməsən sən
fələyə can vermərəm, gəlməsən
dönmərəm, ölmərəm, gəlməsən sən
Random Lyrics
- mahmoud el esseily - el fostan el abyad | الفستان الأبيض lyrics
- suzana ristić - murderess (acapella song) lyrics
- listen lyrics lyrics
- dizzi - la isla bonita lyrics
- voces del rancho - con la mafia no se puede lyrics
- kawaiianimegirlll1337 - ханаджи (hanaji) lyrics
- deadkid - белаянежность (whitetenderness) lyrics
- subiibabii - tweakn lyrics
- tobi lou - anybody/my favorite numbers - mini version lyrics
- titro - yaşananlar aramızda lyrics