![azlyrics.biz](https://azlyrics.biz/assets/logo.png)
nəzakət teymurova - yaşayan şəhid lyrics
[bənd 1]
vətənin hər qarış ocaqlarında
dağ kimi gülləyə sinə gələndir
ömrünün ən gözəl, gənc çağlarında
yurdunu hər şeydən üstün biləndir
yurdunu hər şeydən üstün biləndir
vətənin başından dumanı çəkdi
çölü məğrur durur, içi kövrəkdir
bir ana duası ona köməkdir
tarixi cəsurca yazan oğullar
tarixi cəsurca yazan oğullar
[nəqərat]
bu can vətən borcudur, vətənin özü candır
keşiyində duranlar yurduna qurbandır
neçə canlar oduna fəda olub yanandır
ey azərbaycan oğlu, bil ki, bu ad sənə halaldır
neçə canlar oduna fəda olub yanandır
ey azərbaycan oğlu, bil ki, bu ad sənə halaldır
[keçid]
bu torpağın oğulları qorxu bilməz
bu torpağın oğulları and yeridir
qəhrəmanca yazdığını tarix silməz
damarından axan qanı igidlikdir
biz vətəni atamızın canı bildik, canı bildik
can şirindir, fəqət vətən daha üstün, daha üstün
şəhidlərin qanı axan daşı sildik, daşı sildik
o daşlardan ucaltmışıq şəhid büstün, şəhid büstün
[bənd 2]
qazilərin ayağı, qolu, gözüdür vətən
deməyə şücaətli, qeyrətli sözüdür vətən
bu dağların başında zəfər gülüdür bitən
oğuldur imdada yetən, vətənin dar günündə özünü yetirən
[çıxış]
o dəhşətli, o zülmətli savaşlara
şahiddir, şahiddir
mənim atam, mənim atam
yaşayan bir şəhiddir
mənim atam yaşayan bir şəhiddir…
Random Lyrics
- le club house - tape 4 lyrics
- hoomee - 50 na 50 budkadiss #3 lyrics
- lil' azrael - no mercy lyrics
- peachyfranny - la vaguelette - german version lyrics
- vinny rap motivacional - uma carta para a depressão lyrics
- roxy radclyffe - lost episode lyrics
- good finesse - pop tags lyrics
- a spirit unites - a life unlived lyrics
- kazel - mtn dew lyrics
- blackbeatblue - black dawn lyrics