azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nadir qafarzadə – sənin üçün lyrics

Loading...

[bənd 1: nadir qafarzadə]
aynada öz əksinə bax
mən görünüm gözlərinə
mən sən olum, sən də mən ol
mən düşərəm gözlərinə

[ayan babakişiyeva]
sən xəyal ol, mən də gəlim
xəyalına qonaq kimi
çünki sənin həsrətəm o
şirin+şirin sözlərinə
çünki sənin həsrətəm o
şirin+şirin sözlərinə

[nəqərat: ayan babakişiyeva]
pəncərəmin önündə gül
saxlayıram sənin üçün
zülmət otaq, bir də ki mən
ağlayıram sənin üçün

[nadir qafarzadə]
məndən uzaq, səndən uzaq
qovuşmağa yox ümidim
[ayan babakişiyeva]
zülmə dözüb qəlbimə daş
bağlayıram sənin üçün
[nadir qafarzadə]
zülmə dözüb qəlbimə daş
bağlayıram sənin üçün
[bənd 2: ayan babakişiyeva]
mən sənə yar, sən mənə yar
gəl yaşadaq sevgimizi
sən mənim ol, mən də sənin
birgə bölək dərdimizi

[nadir qafarzadə]
sən cisim ol, mən ruh olum
sən haradasan, mən oradayam
göz yumaraq hiss eləyək
bir döyünən qəlbimizi
[ayan babakişiyeva]
göz yumaraq hiss eləyək
bir döyünən qəlbimizi

[nəqərat: nadir qafarzadə]
pəncərəmin önündə gül
saxlayıram sənin üçün
zülmət otaq, bir də ki mən
ağlayıram sənin üçün

[ayan babakişiyeva]
məndən uzaq, səndən uzaq
qovuşmağa yox ümidim
[nadir qafarzadə]
zülmə dözüb qəlbimə daş
bağlayıram sənin üçün
[nadir qafarzadə + ayan babakişiyeva]
zülmə dözüb qəlbimə daş
bağlayıram sənin üçün
[bənd 3: ayan babakişiyeva]
çoxdur bizim yalan baxan
saxta baxan eşqimizə
biz nə deyək, nə söyləyək?
sevgi girib qəlbimizə

[nadir qafarzadə]
mən evliyəm, sənsə subay
sevgimizin yoxdur adı
sən əziyyət çəkmə deyə
xətt çəkərəm sevgimizə
[nadir qafarzadə + ayan babakişiyeva]
sən əziyyət çəkmə deyə
xətt çəkərəm sevgimizə

[nəqərat: ayan babakişiyeva – nadir qafarzadə]
pəncərəmin önündə gül
saxlayıram sənin üçün
zülmət otaq, bir də ki mən
ağlayıram sənin üçün

məndən uzaq, səndən uzaq
qovuşmağa yox ümidim
zülmə dözüb qəlbimə daş
bağlayıram sənin üçün
zülmə dözüb qəlbimə daş
bağlayıram sənin üçün



Random Lyrics

HOT LYRICS

Loading...