namiq qaracuxurlu - bağlanıram (tək) lyrics
aygün kazımova:
mən istərəm ki, açasan sən ürəyini…
namiq qaraçuxurlu:
səninlə görüşəndə ah, necə sərbəst oluram
bəlkə də anlamıram, özüm-özümə qəsd oluram…
atıram iş-gücümü qollarında məst oluram
hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram
bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram.
hələ tezdir səni mən yerə də, göyə də qisqanıram.
çox şeyi danışmıram qaraltmamaq üçün qanını
sən bilirsən sevirəm canımdan artıq canını
elə hallarda olur ki, görürəm nöqsanını
danışım, danışmıyım içimdə alışıb yanıram…
aygün kazımova:
mənim əməllərimi nöqsan hesab eyləmisən
amma bu böylə deyil hey yanıram, odlanıram
bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram.
hələ tezdir səni mən yerə də, göyə də qisqanıram
mən istərəm, sən hər an məni anlayasan…(2)
namiq qaraçuxurlu:
yağışın damlasının pıçıltısını izləyirəm
o deyir “yar gələn yolları təmizləyirəm”
gecikirsən görüşə səbr eliyib gözləyirəm
gözüm yollarda qalır, kölgə düşür boylanıram
bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
hələ tezdir səni mən yerə də, göyə də qısqanıram…
talayır, parçalayır köksümü süzgün baxışın
sonra bir yare qoyur üste acı davranışın
təki yağdırmayasan başıma hicran yağışın
mənə xoşdur helə bu göz yaşımda islanıram.
aygün kazımova:
aşiqə səbr eləmək, canan isə naz yaraşır
sən dözüb səbr eləyirsən baxıram xoşlanıram
bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram.
hələ tezdir səni mən yerə də, göyə də qısqanıram
mən istərəm, sən sevgimizə inanasan…
namiq qaraçuxurlu:
elə bir vaxt gələcək ki, xoş heyat görsənəcək
çağıranda yarımı can deyərək dillənəcək
hələ bilmir nədir sevmək sevəcək, öyrənəcək
düşünüb özüm-özümü aldadıram, aldanıram…
aygün kazımova & namiq qaraçuxurlu:
bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
hələ tezdir səni mən yerə də, göyə də qısqanıram
bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
hələ tezdir səni mən yerə də, göyə də qısqanıram
bəlkə mən düz eləmirəm …
Random Lyrics
- we were sharks - hotel beds lyrics
- joey albert - back in my arms lyrics
- the howlin' - demon child lyrics
- gum - s.i.a lyrics
- dope d.o.d. - dope vs. gold lyrics
- kenny g - tribeca lyrics
- slowdive - no longer making time lyrics
- rapalje - mairi's wedding lyrics
- coletta - flower child lyrics
- borns - bye bye darling lyrics