azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nazperi dostəliyeva - sənli sənsiz günlərim lyrics

Loading...

sözlər :
ömrümün günümün bu qərib çağı
ruhumda baharı göyərdə bildin
könlümdə qaralan odu+ocağı
təzədən yandırıb közərdə bildin

özün bu sevdaya sövq etdin məni
sonra öz əlinlə özün dağladın
özün bu hicrana öyrətdin məni
özün bu kitabı açdın bağladın

o sənli günlər indi harda qaldı?
o andlar, imanlar de harda qaldı?
sən gəldin yollardan çəkdim gözümü
sən getdin gözlərim yollarda qaldı

demə bu məhəbbət, demə bu sevgi
ötəri hiss imiş, ötəri həvəs
sən mənim təkliyi aldın əlimdən
təzədən təkliyə düçar eylədin



Random Lyrics

HOT LYRICS

Loading...