azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

neocortexfemo - çənlibel romantikası lyrics

Loading...

[giriş]
zarafatca dedin: “gəl, gedək ölümə”
mən gözlərinin içindəki ciddiyəti görürəm
gülərək mənə dedin: “gəl, gedək ölümə”
mən gözlərinin içindəki ciddiyəti görürəm
əvəzimə danışacaq külək

[bənd 1]
bütün saraylar yanaraq qarışacaq külə
nəticədə qəsəbədə başlasa qırğın
çalışacam kömək eliyim sənə və ailənə
əsas odu sağ qal
çapıram, çatdıracam, gözəl
yarı qəhrəman olacam, ya da dönəcəm paştetə
sən də başımı burax əldən
baş getsə, çönəcək dünya
göydən baxaraq güləcək asteklər
nişan üzüyümsə dönəcək “кастет”ə
ona görə nə qədər varsan
gülüşünü yazıram kasetə

[nəqarət]
qıratıma minirəm, boz atıma minirəm
ikisinə birdən minirəm, çapıram, hey!
qıratım boz atımın üstündə
mən qıratımın üstündə
zarafatca dedin: “gəl, gedək ölümə”
mən gözlərinin içindəki ciddiyəti görürəm
gülərək mənə dedin: “gəl, gedək ölümə”
mən gözlərinin içindəki ciddiyəti görürəm
əvəzimə danışacaq külək
[bənd 2]
ona görə onu dinlə, diqqət ilə
həqiqətən nifrət eləmə
qismətinə sahib çıx
hislərimizi unudub ruhumuzu nisyə verdik biz vətənə
de görüm eşqin qiyməti nə?
səni sevirəm, ona görə sox içinə mənə xidmət elə, baby
ürəyim alov, ürəyim buz
daxilindəki eşqi küçəyə qus
sevgi bizdən daha böyük gücə məxsus
ikiüzlüsən, amma bir üzün zəhrimar
görünür, dərdin var
sevirəm, səmalara baxanda görürəm
ancaq dərdi var, bebeğim, ha, ha!

[nəqarət]
qıratıma minirəm, boz atıma minirəm
ikisinə birdən minirəm, çapıram, hey!
qıratım boz atımın üstündə
mən qıratımın üstündə
zarafatca dedin: “gəl, gedək ölümə”
mən gözlərinin içindəki ciddiyəti görürəm
gülərək mənə dedin: “gəl, gedək ölümə”
mən gözlərinin içindəki ciddiyəti görürəm
əvəzimə danışacaq külək
ona görə ağıllı ol!



Random Lyrics

HOT LYRICS

Loading...