azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nizami rəmzi - sən nə qoymusan, nəyi axtarırsan? lyrics

Loading...

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 1: nizami rəmzi]
çirkin düşmən ürəyinin kiri ilə
şəhidimizi dəyişdirir diri ilə
partiyalar dil tapmır bir+biri ilə

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 2: kəbir azəri]
kəsilib mübahisəli günləri
açmağa qoymurlar dür+düyünləri
şuluq salır vəzifə düşkünləri

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 3: nizami rəmzi]
qarabağda düşmən edir cinayət
doğma ocağından qaçır camayət
əməldə yox, dildə qopur qiyamət
[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 4: kəbir azəri]
zərrə qədər utanıb, qızarmırıq
çıxmış yolu işləyib, axtarmırıq
bu dörd ildə birləşib, qutarmırıq

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 5: nizami rəmzi]
bu nə cəfəngiyyat, bu nə cəngidir
ermənilər guya ərəb dəngidir
qanunları ləngidənlər ləngidir

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 6: kəbir azəri]
istəyir aşkar, istəyir xəlvəti
məqam tapıb, işdətmir fürsəti
azdırırlar yenə ara milləti
[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 7: nizami rəmzi]
döyüşçü var dünyanın o tayından
bir hissəsi rusiyanın payından
moskva çıxmayır odlu oyundan

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 8: nizami rəmzi]
qan istəyir qəzetlərin yazdığı
qarşıdurmaları, natarazlığı
qoymayırlar yerə tayfabazlığı

[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?

[bənd 9: kəbir azəri]
biganədir o kəs azərbaycana
dilində fitva az edirsə qana
bu bölgülər qüvvə verir düşmana
[nəqərat]
sən nə qoymusan, nəyi axtarırsan?
sən nə qoymusan, nəyi axtarırsan?



Random Lyrics

HOT LYRICS

Loading...