nm qrupu - nə var, nə yox lyrics
+salam, elnur. nə var, nə yox?
+sağlığın. sən necəsən?
+belə də. haradan gəlirsən?
+özüm də bilmirəm
+qanın niyə qaradı e?
+heç sənin də qanın qırmızı deyil
+mən heç, mən bəlaya düşmüşəm. de görüm, sənə nə olub?
+mənim də dərdim danışılası deyil, anar
+aa başqasını sevir?
++eh, sevsəydi dərd yarıydı. heç kəsi sevmir. nə məni, nə də başqasını
+nə bilirsən?
+özü belə deyir
+mənə bax özü çox şey deyir. bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
+bəs mən yazıq haradan bilim? fal açdırım?
+eeh, sən də! fal niyə? öz+özün həssas ol da
+anar, bilirsən, deyir ki, inanmıram sənə
+əşi, deyir deyir də. elə elə ki, inansın
+yaxşı. fərhad kimi qaya çapım, yoxsa məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
+…dayan bir az fikirləşim. görüm sənə nə məsləhət verim? sən onun gözlərinə bax, gözlər yalan danışmaz
+eh, onu şairlər uydurub
+elnur, sən də qəribə söz danışırsan e! şairlər də bizim kimi adamdır da. onlar da seviblər, seviliblər
+eh, mənim dərdim bütün yazıçılar ittifaqı yığışıb yazsa, qurtaran deyil. yazıçılar ittifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
+yox, zəng eləmişdi
+aha, nə deyir?
+səsi soyuq idi, buz kimi
+səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
+əşi, salam+kalam eləmişdik ki, əlaqə saxladı
+bəs təkrar zəng eləmədin?
+elədim, telefonu bağlı idi
+hə, indi nə fikirləşirsən?
+ə, nə fikirləşəcəm ki? səsi sopsoyuq idi buz kimi
+hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir.bununla əlaqədar iqlim…
+dayan görüm e, sən də. atmosferin bura nə dəxli var?
+heç, elə+belə. sözdür də deyirəm. darıxma, hər şey yaxşı olacaq
+sən də darıxma
+nə var, nə yox?
+sağlığın
+ayrı nə var, nə yox?
+salamatçılıqdır
Random Lyrics
- polina chili - скандал (scandal) lyrics
- juleah - planet summer lyrics
- zoelifecj - dedicated lyrics
- victon (빅톤) - chronograph (english ver.) lyrics
- gideon (youtuber) - the upside down! lyrics
- reverie - thug night lyrics
- fler, frank white & bass sultan hengzt - sehe was, was du nicht siehst lyrics
- fernando piedra - love again (feat. cola cartel) lyrics
- sidney bird - lover boy lyrics
- north castle - lost on the streets lyrics