
nofal aslanov - daha məndə dözüm yox lyrics
[bənd 1]
nəğmə dolu bir dünyama
göz açmışdı o gözlər
bir ömürlük məhəbbətdən
söz açmışdı o gözlər
niyə birdən yoxa çıxdı
o bəxtəvər gülüşlər?
niyə məni belə yıxdı
niyə məni belə yıxdı
o bəxtəvər gülüşlər?
[nəqərat]
gəl, gəl, gülüm, gəl, görüşək
hicranına dözməz ürək
həsrət mənə bir dağ olar
bir dağ olar
gəl, gəl, gülüm, gəl, görüşək
ağlamasın salxım söyüd
ağlamasın salxım söyüd
göz yaşları bulaq olar
göz yaşları
[bənd 2]
kövrək göyçək arzularla
gəl ömrümə, günümə
sənsiz ürək haray çəkir
yet səsimə, ünümə
bu eşq məni öldürsə də
yalvarmağa üzüm yox
insafsızlıq yetər, gülüm
insafsızlıq yetər, gülüm
daha məndə dözüm yox
[nəqərat]
gəl, gəl, gülüm, gəl, görüşək
hicranına dözməz ürək
həsrət mənə bir dağ olar
bir dağ olar
gəl, gəl, gülüm, gəl, görüşək
ağlamasın salxım söyüd
ağlamasın salxım söyüd
göz yaşları bulaq olar
göz yaşları
[çıxış]
göz yaşları
Random Lyrics
- strfkr - boy toy (xiu xiu remix) lyrics
- after x2 - caída libre lyrics
- moneymontana (#i made swag) - vesuvius lyrics
- medy - a voce bassa lyrics
- luchè - nessuna lyrics
- ashen - smells like teen spirit lyrics
- lil murdah jett - thirteen reasons to slide lyrics
- jc stewart - space hurts lyrics
- storozh - спидран (speedrun) lyrics
- luv resval - luv mob & co #4 lyrics