azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

okaber - qarnizon lyrics

Loading...

[nəqərat]
bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu
dünən 10 nəfər idilər, indi milyondur bu
edam günü yaxınlaşır qanlı zəncirlərlə
tikanlı məftillərlə bağlı qarnizondur bu

bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu
dünən 10 nəfər idilər, indi milyondur bu
edam günü yaxınlaşır qanlı zəncirlərlə
tikanlı məftillərlə bağlı qarnizondur bu

[bənd 1]
kömək etməz sənə şeytana prototip ikonalar
və nə qədər cibdə pul olar və portativdə ‘’p+rno’’lar
kamuflyaj ’’экипировка’’da, bu tipdə formalar
kömək etməz ideologiya, prinsip və normalar

yorulmadan yazıram, qanadım yox uçmağa
nifrətim yetəri qədərdir bu mövzunu açmağa
çoxdur “rusiyət”ə qaçmağa poqona dolan millətim qədər
bilirsən, çoxdur mənim poqona olan nifrətim qədər

nə qədər çağırdılar, mən səs vermədim səsinə
özünə inanmır, lazım day+day, qohum beləsinə
soxum beləsinə, sözlərimi, bəlkə, başa düşsün
yıxılsın, dursun, ilişsin, bərkə+boşa düşsün
bizimki şərəfimiz, dırnaqarası yolumuz var
zəifləri vurmağa qüvvətimiz, qolumuz var
ramil səfərov üçün verilişlərdə pul dilənirdik
halbuki macarıstanı alacaq qədər pulumuz var

[nəqərat]
bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu
dünən 10 nəfər idilər, indi milyondur bu
edam günü yaxınlaşır qanlı zəncirlərlə
tikanlı məftillərlə bağlı qarnizondur bu

bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu
dünən 10 nəfər idilər, indi milyondur bu
edam günü yaxınlaşır qanlı zəncirlərlə
tikanlı məftillərlə bağlı qarnizondur bu

[bənd 2]
intizam taborunda yarım sutka ‘’haupt’’ vaxtda
fərqi yox ki torpaqda, fərqi yox, tabut taxta
çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an
ümidimi vurdu şaxta, yan keçmədi, o, təkcə qan içmədi
buradan insan keçmədi, buralar qarnizondur
nə qədər istəyirsən, qışqır, sonsuz diapazondur
onsuz da itirmisən, ağlama ötən üçün
nə gözəldir ölmək bizə sevgili vətən üçün
bu, mənim kəşfiyyatım, məni insanlar qınayır
körpələr həzi aslanovu stansiya kimi tanıyır
qurun ’’концлагерь’’lər, qaytarın repressiyanı
göndərin nə qədər, öldürün, söndürün aqressiyanı
nə qədər gec deyil, yazılarımı tapın, yandırın
qarnizondan şəhərə dolan qurdlarımı qırdırın
bizi tanıyan tanıyır, müharibə davam edir
davam edir müharibə!

[nəqərat]
bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu
dünən 10 nəfər idilər, indi milyondur bu
edam günü yaxınlaşır qanlı zəncirlərlə
tikanlı məftillərlə bağlı qarnizondur bu

bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu
dünən 10 nəfər idilər, indi milyondur bu
edam günü yaxınlaşır qanlı zəncirlərlə
tikanlı məftillərlə bağlı qarnizondur bu

[çıxış]
ələ keçirmə yarımqrupundayam
şok atəşindən sonra ölüm bölgəsinə girərək əsir
sənət, silah nümunələri götürüb geri çəkilirəm



Random Lyrics

HOT LYRICS

Loading...