okaber - şeytan lyrics
[bənd]
yoxluğumu tapıb çıxarmağı gəl, əyindən başla
bütün bədənim ölə bilər mənim tək beynimnən başqa
gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan
demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan
şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi
sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi
saxta övliyaların hədislərinin xurafatları, cahillik, avamlıq, “danabaş kəndinin əhvalatları”
ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi
ifritələrin xəyanəti, fahişə qadının hiyləsidi süni xrizantem göz yaşına qucaq göstərər, yumru dünyanı bəşər övladına üçbucaq göstərər
arzuların rekviemi qələm, kağız, təknə, dəniz
bozqurdun yaşamağının turan olduğu tək nədəni
şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi dilimnən düşmür möminin dilindən “bismillah” kimi
mənim sevgim qibləgah, tac mahal, ayasofyadı
mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır
o qədər pak və safdı həsəd aparar iblislər insanları reallıqlar yaşadırsa, məni hislər bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən?
sən danış “bəlkə”lərindən, mən danışım “məncə”lərimdən
həqiqətin bəlasından danış göstər xətasını, şeytan gəldi hər kəs gözləyirdi “xaç atası“nı
Random Lyrics
- nissy(西島隆弘) - gift lyrics
- john pizzarelli - honey pie (correct/complete lyrics) lyrics
- last dude, bruferr beatz & ruuan - i'm here (remix) lyrics
- ricky hil - imma get away lyrics
- aşıq samirə - tovuzum lyrics
- champyg - brother on the loose lyrics
- gorgeous bully - bug out lyrics
- negative xp - i believe lyrics
- lil eyez - detos lyrics
- abbas bağırov - belle lyrics