okaber - taboo lyrics
gəl, yağışa addım ataq, ya da qarışaq buludlara
gəl, ümidvaram sözünü dəyişək olsun unutmaram
gəl, elə bil torpağa girək ki əbədi yata bilək
ya da, elə bil duaya dönək ki allaha çata bilək
mən geri dönənə qədər bütün ulduzları say demişəm
o qədər dəli oldum qışa yay,noyabra may demişəm
sən yarimin qasidisən, əyləş sənə çay demişəm
bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm
gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq
gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq!
mən gözəlliyinə aşiq, sən isə qarabağ olaydın (kaş)
mən müşfiq olaydım, sən də yenə o bağ olaydın
gəl, elə bir külək ol kəfənimi cır, mənə əs gedim
yada şaxta ol beynimi dondur, bədənimi kəs gedim
geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı
oyadar xəlqi əf xanım qara baxtım oyanmazmı?!
biz yolunan saçların əvəzini yolmağa gəlmişik
biz xarı bülbülün haqqını almağa gəlmişik
mən şəhidəm sən qərənfilim, solmağa gəlmişik
biz tək müharibədə könüllü olmağa gəlmişik!
gəl, son cəngavər döyüş təbilini vuranda görüşək
gəl, turanda görüşək ayələrə dönək quranda görüşək
gəl, əbədi bozqurd’a dönək ulayaq qiyamətə
gəl, bütün türküstan qarabağ üçün ayağa duranda görüşək!
gəl, turanda görüşək!
Random Lyrics
- braza - oxalá lyrics
- нкч (nkch) - эвтерпа (euterpe) lyrics
- a great big pile of leaves - meet me at the mall, bring your swim trunks lyrics
- sarsa - carmen lyrics
- cambogia - oki lyrics
- dfe youngspade - ghost lyrics
- little boots - paradise lyrics
- dj gruff - ho visto un prete lyrics
- gloria loring - a song of my father lyrics
- steep leans - navigator in the night lyrics