okaber - vətən xaini lyrics
[bənd 1]
insanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar
üzdən sığınacaq tapıb içdən talanırdılar
hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım
millət acından qan qusanda mən milyonlar yığırdım
mən çıxırdım bərəkət üstündən, əzirdim, basırdım
kiminsə xəbəri yox, mən günahsızları asırdım
yazırdım yuxarılara ki, qonşum millətçi şairdir
dilini kəsin, qələmini qırın, o, buna layiqdir
o yazır həqiqətləri, mən isə gizlədirəm
o sevir azadlığı, mən isə istəmirəm
mən satıram qadınları, orqanları, torpaqları
ətrafıma yığıram yaltaqları, qorxaqları
yazmışdı son məktubunda vətən xaini
[bənd 2]
insanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar
əslində alçaq biri idim, məni dahi sanırdılar
mən qatdım haramı halala ki, heç nə günah sayılmır
siğədən nə qədər uşaq öz atasını tanımır
silah alveri, sektalar və bir sıra məsələlərdir
ən yaxşı narkotik islam ölkəsindən gələrdi
fəlakətlər, faciələr, kütləvi qırğınlar
bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar
insanlar boğulur kədərində, batır qəhərində
mənə təsir etmirdi fəryad çadır şəhərində
əllərim qana batıb, qatı cinayətkar, cani
intihardan qabaq yazmışdı son məktubunda vətən xaini
Random Lyrics
- warlord colossus - unimpressed lyrics
- zeus mc - rap inteligência artificial lyrics
- oregon state university - carry me back lyrics
- lina de sol - nada importa lyrics
- the amiimopps - nice guy facade lyrics
- саша догма (sasha dogma) - фоточки (photos) lyrics
- mío (folk) - ingen tid å miste lyrics
- ateyaba - ecstatic - medley lyrics
- sarah juers - i've changed a lot lyrics
- crytowns - lost in lyrics