azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - bulud (live orchestral) lyrics

Loading...

[bənd 1]
səninlə günəşin arasında dayanıb arzu tutdum
ki, günəş batmasın heç vaxt
iki saat sonra arzum puç oldu
sən demə, aldadıblar, belə asan deyilmiş
iki eyni ad arasında dayanmaqla alınan deyil iş

günəş uzaq, sən yaxın, buludam mən, sən yağış
məndə yazmaq yaxşı alınır, susum, sən danış
bu aralar səssizsən
işləri qaydasına salaram, təki işimə sən qarış

yenə çəkirəm ətrini sinəmə
yenə mənə qalan olur mahnı, sənə qəm
qayıdaram yenidən, nəyim olmasa da, qəlbim var
axı bilməliydin ki, mənim mən olmaq kimi bir dərdim var

anladım ki, mahnılarım bəzən son çarəm
“məni xatırla” ‘’track’’i ilə tavana taxanda bir ip
aramızdan vaxtsız getdi + dediyimiz dostlar
bəlkə gecikən bizik ki, onlar elə vaxtında gedib

[nəqərat]
yenə soyuq əllərimdə
isidə bilmir o günlər
hisslərimiz dərində
geri baxmır o gözlər
məni yenə yada sal axı
yenə yada sal axı
səninçün heç kim olsam da
sən mənimçün hamısan axı

[bənd 2]
yazmaq istəyirəm hərdən, qələm üzümə baxıb deyir + həvəs hanı?
yazdıqlarımı unutmağımdırmı onların əbəs yanı?
dünyanın işi qəribədir, göyərçini xilas edirsən
sağalan kimi qanadın uzadıb deyir + qəfəs hanı?

2016+cı il 15 may, yadıma hər qış+yay
gəlir son çıxış, son alqışlar
bəlkə də, dinləyiciyə bunu demədən
getməyim haqsızlıq idi
nə isə, çıx səhnəyə, gözləyir, tələs, hamı

həsr etdim hər hissə söz, hər bir hərfə cümlə
tükənib hər səhv edəndə qoyduğum əlfəcinlər
dedilər, böyü artıq, uşaqlığın gələr ziyanı
xalqın gözü tərəzidir! hansı xalq? tərəzi hanı?!

çoxunda sevgi saxta, ilk fürsətdə ələ salır
bir gözdən sevgi, birindən qərəz yağır
çoxu istəmir xoşbəxtliyini
elə deyir + yaz “hekayəm 2”
axı çox insan bu cür mahnılarla nəfəs alır
[nəqərat]
yenə soyuq əllərimdə
isidə bilmir o günlər
hisslərimiz dərində
geri baxmır o gözlər

məni yenə yada sal axı
yenə yada sal axı
səninçün heç kim olsam da
sən mənimçün hamısan axı

yenə soyuq əllərimdə
isidə bilmir o günlər
hisslərimiz dərində
geriyə baxmır o gözlər

məni yenə yada sal axı
yenə yada sal axı
səninçün heç kim olsam da
sən mənimçün hamısan axı

məni yada sal axı
səninçün heç kim olsam da
sən…



Random Lyrics

HOT LYRICS

Loading...