azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - buz uşağı lyrics

Loading...

[bənd 1]
həyətimizdə soyuq hava
günəş düşür, amma ki pəncərədə soyuq adam
gözlərim çəkirdi yol, ruhum tərki+bədən, qəm
həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər

yaralarım çətinləşdirir yolu
gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın
soyuq əllər, daha soyuq ürəkli qız uşağı
qar adamlarının böyütmək istəmədiyi buz uşağı

fəsillər oynadıqca yeni günə nifrət etmək
səhərlər oyandıqca yanımda dərd var idi
dərs, bir də ibrət var idi, sən yox idin
adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca
ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım
gündəlik sevinc vermirdi kimsə gündəliyimə beş yazanda
bu gün artıq şaxta baxışlardır öz vədim
amma ki məktəbin həyətində yolunu çox gözlədim

[nəqərat]
qaç, yenə gizlən
görməsin gözlərin yaş
yenə gözdən
axmasın, istədim
mahnılarda, nağıllarda
orada varam, ağrılarda
səhv yenə bizdə
qaç, yenə gizlən
görməsin gözlərin yaş
yenə gözdən
axmasın, istədim
mahnılarda, nağıllarda
orada varam, ağrılarda
səhv yenə bizdə

[bənd 2]
bütün həyat yolunu mən, bir də tək ana
zərif olmaq istəyirdim
amma bu gün poladdan da bərk adam
tənhayam, sarı simlərimdə çalır sənsizlik tar+kaman
bu yoxluqda var xeyir, sevə bilmir ürəkdən
atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib
bədən ruha dar geyim
bütün seçimlərdə sən, səhvlərimdə sən
bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən

ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin
məni incidənləri incitməyə cəsarətim də çatmayanda
sən yox idin, görəsən, harada idin?
sən başqa evi isidəndə mən soyuq qarda idim
səni aparan geniş yollarda, darda idim
nə qədər səslədim, səs gəlmədi, naləmin imdadı idin
de görüm, sağmı idin?
nə hissdir açarı olmaq əbədi qapısı bağlı evin?
[nəqərat]
qaç, yenə gizlən
görməsin gözlərin yaş
yenə gözdən
axmasın, istədim
mahnılarda, nağıllarda
orada varam, ağrılarda
səhv yenə bizdə

qaç, yenə gizlən
görməsin gözlərin yaş
yenə gözdən
axmasın, istədim
mahnılarda, nağıllarda
orada varam, ağrılarda
səhv yenə bizdə



Random Lyrics

HOT LYRICS

Loading...