azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - time out lyrics

Loading...

[nəqərat]
mən küçələr boyunca protestdən inqilaba gedən yolda
rep deyirəm doyunca prospektdən inqilaba gedən yolda
mən küçələr boyunca protestdən inqilaba gedən yolda
rep deyirəm doyunca prospektdən inqilaba gedən yolda

[bənd 1]
mən inqilabçıyam, hərdən idmançıyam
məktəbdə o vaxt demişdim, guya boksçuyam
amma ki ilk davadan məni döydülər
onda bildilər ki, mən sadəcə gopçuyam
heç yerdə işləmirəm, ağ köynəyim, qalstuk+m yoxdur
toy+zad olanda səliqəli geyim tapmıram
mən sizi dişləmirəm, repimlə aclığım yoxdur
azad olanda ifadə olunmağa deyim tapmıram
kral+zad deyiləm, zarafat elədim “hostlandiya”da
sərkərdə də çıxmaz məndən, qılıncım yoxdur
amma ki at sürə bilirəm, sürürdüm şamaxıda
yarışmalarda isə gəlirdim ən axırda

[keçid]
ilham pərilərimin kefi kökdür
şit havasın ruhum vərəqə tökdü
sən də kimlə olsan da, dinlə
qoy “track’’im kefini açsın, töksün
ilham pərilərimin kefi kökdür
şit havasın ruhum vərəqə tökdü
sən də kimlə olsan da, dinlə
qoy “track’’im kefini açsın, töksün

[nəqərat]
mən küçələr boyunca protestdən inqilaba gedən yolda
rep deyirəm doyunca prospektdən inqilaba gedən yolda
mən küçələr boyunca protestdən inqilaba gedən yolda
rep deyirəm doyunca prospektdən inqilaba gedən yolda

[bənd 2]
xoşum gəlmir ağ köynək geyinəndə
‘’вишня’’ suyu içəndə üstümə dağıtmaqdan
bir də ki ayaqqabını barmaqla geyinəndə
çıxardanda dırnağın altın dağıtmaqdan
küçədə gəzəndə yağışda yolun qırağıyla
birdən kamaz keçəndə üstün su olur təmiz
hanı bəs bayaqkı romantika mahnıyla?
mənəsə maraqlı indi təkcə paltardır təmiz
bir də ki vacib anda ‘’зарядка’’m qurtaranda
‘’блин’’, elə bil ki, başıma daş düşür
evdəkilərdən uzaq yerdə yemək qurtaranda
tərslikdən yadıma niyəsə həmişə aş düşür
gör nə qədər dərd var hər addım başı
nəsə еlə bil bir az tərs gedir
yenə xəyallar tək adalarda…
müəllim oyadıb deyir “bala, dərs gеdir”
gör nə qədər dərd var hər addım başı
nəsə elə bil bir az tərs gedir
mənim inqilabım bu qədər bəsitdir
qoy qiyməti mənə bütün xalq desin
[nəqərat]
mən küçələr boyunca protestdən inqilaba gedən yolda
rep deyirəm doyunca prospektdən inqilaba gedən yolda
mən küçələr boyunca protestdən inqilaba gedən yolda
rep deyirəm doyunca prospektdən inqilaba gedən yolda



Random Lyrics

HOT LYRICS

Loading...