azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli - vaxt var idi lyrics

Loading...

[bənd 1]
sən gedəndən yeddi+səkkiz ildir artıq
o vaxtdan bakı dost nədir bilmir artıq
köhnə “торговый”da, 2002+2003
davalarda kimin silahı söz idi, kimin güc

vaxt var idi, iki ölkə adı bilirdik
biri azərbaycan qalan hər yer isə “xaric”
vaxt var idi, bir neçə fərqli dad bilirdik
yadında möcüzəvi “yuppy”, tök balona və iç

yadında cümə namazlarından çıxıb gəzirdik
telefon yox idi, amma heç kim gecikmirdi
passajdan hər keçəndə emrahın şəklin görmək
vaxt var idi gülüş üzdən çəkilmirdi

vaxt var idi, “sega” hər şeydən maraqlı idi
“touch screen” yox idi, barmaqlar “мозол” idi
“mortal combat”da sən seçirdin “sub zero”nu
vaxt var idi uşaq idik həyat zor idi

[nəqərat]
həyat bildiyim ən şirin şey idi
vaxt var idi, biz inanırdıq göylərə
həyat əzbərlədiyim tək şeir idi
vaxt var idi, biz inanırdıq sözlərə
biz böyüdükcə, həyat göründükcə
daha yaxşı bildim ki, tələ idi böyümək
şəhər böyüdükcə, şərə büründükcə
vaxt var idi, ən böyük dilək idi böyümək

[bənd 2]
sən gedəndən yeddi+səkkiz ildir artıq
o vaxtdan bakı bizim dildə bilmir artıq
akademiya parkı, hər gün yeddidən sonra
indi ora qocalardan başqa heç kim getmir artıq

7b sinifi, “шпаргалка”lar məktubla
damda siqaret çəkməyimiz ilk və son dəfə
tanış deyildik nə “facebook”la, nə “youtube”la
“vhs”ə çəkmişdik yığışmağımızı son dəfə

vaxt var idi, vurulmuşdum milagrosa
hər addımda vurulmağımı sən pisləyirdin
keçən il mesaj yazdın “hekayəm” çıxandan sonra
narahat olma, unutmuşam, indi mən başqa cürəm

bir az məşhur olmuşam, hə, amma ki, boş şeydir
sən gəl prospektə, oturaq əvvəlkitək
bakını şək!llərdə görürsən, amma aldanma
bakıdan çox, inkişaf eləyib fotoqraflar
[nəqərat]
həyat bildiyim ən şirin şey idi
vaxt var idi, biz inanırdıq göylərə
həyat əzbərlədiyim tək şeir idi
vaxt var idi, biz inanırdıq sözlərə

biz böyüdükcə, həyat göründükcə
daha yaxşı bildim ki, tələ idi böyümək
şəhər böyüdükcə, şərə büründükcə
vaxt var idi, ən böyük dilək idi böyümək

[bənd 3]
sən gedəndən sükutlar pozulmur artıq
indiki dostların dedikləri çox vaxt keçir yan
sən gedəndən yuxular yozulmur artıq
hər gün prospektdə bilmirdik necə keçir yay

“tupac”ın kasetini almışdım 99’da
sən “barış manço”ya qulaq asırdın, mənsə repə
sənə dinlətdim köhnə “player”də blokunuzda
bir saat dayanmadan qulaq asdıq 7+ci “track”ə

yox indi fəvvarələr, nə doğma “portofino”
gəzməkdən yorulurduq, o gün gəzdim yorulmadım
eşitdim evlənmisən, yaz onun haqda, kimdir o?
sən də uzun illər sevdiyinlə bir olmadın
bağçanın həyətində mən sənə görə dalaşmışdım
hərdən olurdu, amma doğrudan yaxşı vaxtlar idi
bütün gün bir yerdə, şən gündə, zibildə
mən indi bakıda sən hardasan? amma vaxt var idi

[nəqərat]
həyat bildiyim ən şirin şey idi
vaxt var idi, biz inanırdıq göylərə
həyat əzbərlədiyim tək şeir idi
vaxt var idi, biz inanırdıq sözlərə

biz böyüdükcə, həyat göründükcə
daha yaxşı bildim ki, tələ idi böyümək
şəhər böyüdükcə, şərə büründükcə
vaxt var idi, ən böyük dilək idi böyümək

həyat bildiyim ən şirin şey idi
vaxt var idi, biz inanırdıq göylərə
həyat əzbərlədiyim tək şeir idi
vaxt var idi, biz inanırdıq sözlərə

biz böyüdükcə, həyat göründükcə
daha yaxşı bildim ki, tələ idi böyümək
şəhər böyüdükcə, şərə büründükcə
vaxt var idi, ən böyük dilək idi böyümək



Random Lyrics

HOT LYRICS

Loading...