azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orxan zeynallı – əllərimi burax lyrics

Loading...

[nəqərat]
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış

[bənd 1]
bir qurtum su, həyatın dadı
bitməsin deyə son günə saxla
mən artıq doydum, bu sevgi odu
sönməsin deyə küləyi saxla

damcılar… sevgin kimi
tez+tez gedir, amma ki, iz qoyur
dalğalar… rəqsin kimi
səliqəsiz sahilə briz qoyur

sadəlövh ümiddin
əlində yenə danışılmış nağıllar
sən qəlbimi tərk etsən də
tərk etməz tanış olmuş ağrılar

biz həyatı sevmək istəsək də
cənnəti görmək istəsək də
ölmədən getmək istəsək də
buraxmaz günahlar bizi
[nəqərat]
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış

əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış

[bənd 2]
yenə durğun günlər kimi
tək+tənha güllər kimi
tez bitir, tez solur, amma qəlbimdə
iz qoyurdu ötən illər kimi

bəzən bir fikir kimi (kimi)
beyində dünən olub, amma bu gün yox
son ümid olan günəş kimi
üfüqdə sabah çıxar, amma bu gün yox

talehin artıq kobud olmuş əlləri
daşlamaqdan həyatımın günlərin
içindəyəm qara+qura vərəqlərin
sevməməkdə məni yox səbəblərin
günah məndəmi bitmirsə dərdlərin?
üzülmə çıxanda boşa sevgi cəhdlərin
bütün bu səhvlərin çevrilər düzə
çıxanda ürəyinin içindəki üzə

[nəqərat]
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış

əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış

əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış

əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq



Random Lyrics

HOT LYRICS

Loading...