azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orxan zeynallı - dinlə lyrics

Loading...

[nəqərat]
dinlə!
necə gecələri küçələrə sata+sata kimləri aldadıb illər!
izlə!
yenə bizləri dizlərə döyə+döyə əzbərə söylədi dillər!
sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada!
qələmdə, sözüm əlimdə, yenə mikrofonla tut nəğməni dilimdə!

[bənd 1]
biz qara günü yara bilib, repimizə dərdi salıb, şan+söhrətə daş atdıq!
öz dilimizi belimizə yük bilib, əlimizə qələm alıb içimizi boşaltdıq!
çox gözlərin üstünü qaraltdıq, üstəlik də zülmətə sadiq çıxdıq!
çox çirkabın içinə girincə, cəlb edildik, amma sona başı dik çıxdıq!

dəstə+dəstə dəsti xətt üstdə, dava salanlar xəstəmi çıxdı?!
nifrət içdə, üzdə gülənlər, sözünün altından üstəmi çıxdı?!
yenə dastan, nağıl qoşanlar qoşuldu bizlərə, içdən dağıtmağa!
yol göstərin səhv düşən axmağa, şansları yox belə gizlin baxmağa!

[nəqərat]
dinlə!
necə gecələri küçələrə sata+sata kimləri aldadıb illər!
izlə!
yenə bizləri dizlərə döyə+döyə əzbərə söylədi dillər!
sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada!
qələmdə, sözüm əlimdə, yenə mikrofonla tut nəğməni dilimdə!
[bənd 2]
sözü yarı yalan, yarı doğru deyə+deyə!
kimi başa salır öz oğlunu döyə+döyə!
həyatda quldur hamı, çoxu bunu bilə+bilə!
yan+yörəsin söyə+söyə, sığmır özü yerə+göyə!

hiss edə biləcək, kim dözə biləcək?!
çox söz deyiləcək, az tuta biləcək!
məntiq dibdədir, dibdəki görünəcək!
dərk edəcək + boş keçmiş!

gələcək yox olar, çoxları həqiqəti bilsələr!
gözün aça+aça təbiəti sevsələr!
yenə bizi yolun üzü boyu düzə qoyub
izi salıb ardımıza, qanımızı içsələr!

mənə qalan əqidədir, həmdə əbəbidir!
kimsə bizə dedi hərəkəti səviyyədir!
repin özü düz söz, dilə möhürdür!
qəribədir bizi belə bilib, üzümüzə gülüb, arxamızda ayrı cürdür!

indi tələbəliklə dərəbəylik arasında bircə mərtəbə!
bizdə məna qalın, amma toxunur incə mətləbə!
sözdə yarana biləcək hər hansı bir səhv düşüncə!
sıralama hazırdır, sadəcə sus və dinlə!
biraz tənəffüs və passiv mübarizə!
biraz tərəddüd və geriyə çəkilmələr!
biraz tənəzzül və hamı gülür bizə!
sonda tərəqqi + gülən sonda gülər!..

[nəqərat]
dinlə!
necə gecələri küçələrə sata+sata kimləri aldadıb illər!
izlə!
yenə bizləri dizlərə döyə+döyə əzbərə söylədi dillər!
sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada!
qələmdə, sözüm əlimdə, yenə yat, yenə bat – təndiq edim dilimdə!



Random Lyrics

HOT LYRICS

Loading...