orxan zeynallı - ilk və son lyrics
[bənd 1] [aid]
səmadan ulduz axanda ilk dəfə arzu tutmaq
qələmin pıçıltısını bəyaz kağıza qatmaq
düşünmədən + sabah nə olacaq, daha kim gedəcək?
görəsən mən qabağa getdikcə dala kim gedəcək?
ilk dəfə danışmaq həyatını tanımadığın birinə
onsuz da tanıyanlar da başa düşmədən dinləyir
tərbiyə etmək həqiqətdən qorumadığın dilini
ilk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir
11+ci mərtəbədən dumanlı, bəyaz şəhər
ilk dəfə plan qurmaq + birdən açılmazsa səhər
soyuqla mən dostam, bir günlük sən də dost ol
ilk dəfə yazdığım vərəqlərə çoxdan toz dolub
bu gözlər hərdən boz olur hərdənsə öz rəngi
əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi
danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə
xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi
[nəqərat] [tomris]
ilk dəfə sevmək
həyatdan bixəbər
unudaraq hər şeyi
uçuram ulduzlara
ilk dəfə sevmək
həyatdan bixəbər
unudaraq hər şeyi
uçuram ulduzlara
[bənd 2] [aid]
son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər
gəzmək yağış altda son damla yağana qədər
son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy
durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər
son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla
hayat klassik bir musiqi + dəyişən notlarla
son dəfə dərddən danışmayıb sevinək bəlkə?
yaralar körpü yaradıb dost və yadlarla
son dəfə yaratmaq ölməz daha bir neçə mahnı
bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün
son dəfə doğmalara zəng edib sevgini etiraf etmək
işığı söndür və səsimi dinlə gecə vaxtı
son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra
görəsən doğrudanmı ən güclülər güləcək sonda?
hər gün yeni hadisələr hər gün yeni tanışlar
küləyi buraxım otağa son dəfə əssin orda
son dəfə bağışlamaq hər kəsi və göz yummaq
hər kəsi dinləmək və hər kəsdən razı qalmaq
dünyanın talehin bircə günlük düşünmədən
səmadan ulduz axanda son dəfə arzu tutmaq
[nəqərat] [tomris]
son dəfə sevmək
həyatdan bixəbər
unudaraq hər şeyi
uçuram ulduzlara
son dəfə sevmək
həyatdan bi xəbər
unudaraq hər şeyi
uçuram ulduzlara
Random Lyrics
- $akeed (skye) - oh me, oh my! lyrics
- djena della - tu m'as sali lyrics
- lourenço crespo - só aparece lyrics
- mike brant - seul lyrics
- miguel bregolle - sozinho a noite lyrics
- lasse matthiessen - travelling song lyrics
- shoreline mafia - parade lyrics
- 4 star view - natalie s&t lyrics
- the blades of grass - i love you alice b. toklas! lyrics
- faydee - perfect summer lyrics