ədalət şükürov - bağışla lyrics
[bənd 1]
dediklərimi ürəyinə salma
mən gedirəm, ağlama, ağlama
günlərimi səninlə bölərəm
bəlkə çağırsan, gələrəm
nə edim ki, taleyim belə imiş?
nə edim ki, belə gətirdi bu iş?
əllərini tutmasam, ölərəm
bəlkə çağırsan, gələrəm
[nəqərat]
bağışla məni, günah mənimdir
indi sənsizlik mənə qənimdir
ürəyim dağlanır səni yada salanda
bağışla məni, günah mənimdir
sevgimiz bizim artıq bitibdir
ürəyim dağlanır gecələr sənsiz qalanda
[bənd 2]
bu sevginin son anı, son dəqiqəsi
kimlərdən gizlədim olan bu hissi?
yenə səninlə olmaq istərəm
bəlkə çağırsan, gələrəm
gəmiləri itən limanlartək
sənsizliyə dözmür bu ürək
yoxsa sevdin məni, mən bilmədim?
yoxsa çağırdın, gəlmədim?
[nəqərat]
bağışla məni, günah mənimdir
indi sənsizlik mənə qənimdir
ürəyim dağlanır səni yada salanda
bağışla məni, günah mənimdir
sevgimiz bizim artıq bitibdir
ürəyim dağlanır gecələr sənsiz qalanda
bağışla məni, günah mənimdir
sevgimiz bizim artıq bitibdir
ürəyim dağlanır gecələr sənsiz qalanda
ürəyim dağlanır səni yada salanda
ürəyim dağlanır gecələr sənsiz qalanda
ürəyim dağlanır gecələr sənsiz qalanda
qalanda… qalanda… qalanda…
Random Lyrics
- alli - natale da popstar lyrics
- chicagoland - aftertaste / innocen't lyrics
- awesomoff. - искренность (sincerity) lyrics
- tympeso - rackz lyrics
- wifiskeleton - i wouldve stayed a secret for u sweet girl lyrics
- psycho rhyme - rap tape lyrics
- my little pony - we've come so far lyrics
- ett - frankie lyrics
- baileyrp - why, why, why? lyrics
- молодой школьник(molodoy shkolnik) - скуф(skuf) lyrics