ədalət şükürov - dedin apar lyrics
[bənd 1]
dedin: ‘apar lap uzaqlara
qoyma sənsiz saralım, solum
varsa orada ömür yoldaşın
mən də sənin sevgilin olum”
dedin: “apar çox uzaqlara
apar məni, sən ol bir də mən
ömür boyu bir yerdə olaq
bulaq səsi, bir də göy çəmən”
[nəqərat]
axı səni aparım hara?
arzularım gözümdə qalar
orada mənim çox istədiyim
çox sevdiyim bir sevgilim var
orada mənim çox istədiyim
çox sevdiyim bir sevgilim var
[bənd 2]
dedin: “gedək, apar sən məni”
ölənəcən səninlə varam
varsa əgər ömür yoldaşın
mən də sənin dostun olaram”
dedin: “göydən durna tut gətir”
vallah, tutum gətirim sənə
necə sevim səni, gözəlim?
ürəyimdə bir başqası var
[nəqərat]
denən, necə aparım səni?
arzularım gözümdə qalar
orada qəlbimə hakim olan
sədaqətli bir dostum da var
orada qəlbimə hakim olan
sədaqətli bir dostum da var
[bənd 3]
ay bu ayrılıq ölümdən betər!
məni belə sevən olmayıb
neyləyim ki, çox gecikmisən?
sənə ürəkdə yer qalmayıb
neyləyim ki, çox gecikmisən?
sənə ürəkdə yer qalmayıb
Random Lyrics
- thraxxprincesss - lie 2 me lyrics
- jazzy bazz - dark city lyrics
- hotboy wes - day 1 lyrics
- billy talent - for you lyrics
- hand of kalliach - return to stone lyrics
- jessika - kaleidoscope lyrics
- eliminator - 2019 lyrics
- diamond dogs - common form of life lyrics
- ivy queen - te vas a pasmar lyrics
- brahms' third racket - mother nature lyrics