![azlyrics.biz](https://azlyrics.biz/assets/logo.png)
ədalət şükürov - gəlmədi o (2024) lyrics
[bənd 1]
o gedəndən bəri baxıram yollara
kaş o yollar onu yenidən qaytara
o düşünməz ki heç, yarı onsuz ölə
mən isə gözlədim, ümid etdim, gələ
[nəqərat]
gəlmədi o, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
gəlmədi o, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
[bənd 2]
mən onun, illərdir ki, həsrətindəyəm
anlamır, onsuz nə qədər çətindəyəm
hadisələr tez dəyişərkən yerini
mən yenə əvvəlki görüş yerindəyəm
[nəqərat]
gəlmədi, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
gəlmədi o, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
[bənd 3]
yenə mən qatmışam gecəmi gündüzə
gəzirəm hər yeri, o görünmür gözə
neçə vaxtdır, ondan nə soraq var, nə səs
demişdi, gələrəm, görən, nə oldu bəs?
[nəqərat]
gəlmədi o, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
gəlmədi o, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
gəlmədi o, gəlmədi o
mənim nələr çəkdiyimi bilmədi o
gəlmədi o, gəlmədi o
nələr çəkdiyimi bilmədi o
Random Lyrics
- saor - rebirth lyrics
- redd kross - the shaman's disappearing robe lyrics
- xmanjayy - don't kare (yale remix) lyrics
- where is my spaceship - feeling not enough lyrics
- nabeel haq - better place (knowing you) lyrics
- royal jack hero - pfuschen lyrics
- lithe - rolling stone lyrics
- perfect candor - hulking obscene lyrics
- jpegmafia - jordan rules lyrics
- os diplomáticos de monte-alto - mesejo lyrics