
ədalət şükürov - yox lyrics
[bənd 1]
bir gün məhəbbət haqqında danışdım sənə
sən məni başa düşmədin, duymadın yenə
dedin “yox”
mən dedim “günəş sarıdır”, sən dedin “qara”
mən dedim: “qışda gəzərkən iz düşür qara”
dedin “yox”
[nəqərat]
dedim “mən səni tək qalmağa qoymayacağam”
“səni tərk edib başqasıyla olmayacağam”
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”
[bənd 2]
mən dedim “fəsil dəyişir keçəndə aylar”
dedim “bir ilin içində 12 ay var”
dedin “yox”
mən dedim: “yumsan gözünü düşər qaranlıq”
“yum gözünü məni düşün, düşün bir anlıq”
dedin “yox”
[nəqərat]
niyə bəs açıq söyləmədin istəyini sən?
sevsəm də səni, indi məcburam gedəcəyəm
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”
[bənd 3]
mən dedim bu davranışdır könlümü üzən
gəlmişəm qəti qərara, getməliyəm mən
dedin “yox”
mən dedim: “quşlar uçarkən qanad açırlar”
mən dedim: “ulduzlar göydə işıq saçırlar”
dedin “yox”
[nəqərat]
dedim “mən səni tək qalmağa qoymayacağam”
“səni tərk edib başqasıyla olmayacağam”
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”
[bənd 4]
mən dеdim: “bu məhəbbətin axırı yoxdur”
“ikimiz də üzülürük, əzabı çoxdur”
dedin “yox”
dayandıq nəfəs – nəfəsə, yaşardı gözüm
titrəyə + titrəyə dedim bir kəlmə sözü
dedin “yox”
[nəqərat]
niyə bəs açıq söyləmədin istəyini sən?
sеvsəm də səni, indi məcburam gedəcəyəm
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”
Random Lyrics
- clout cohen - ima loner lyrics
- corbin - reaper lyrics
- stuck in the sound - unlovable lyrics
- red fang - stereo nucleosis lyrics
- cardiacs - the music goes round and round lyrics
- the afterbirth - sifting through the sands of the unholy lyrics
- werewolf hair - cold shoulder to cry on lyrics
- brea miles - spicy lyrics
- shadygoat21 - olyan fura lyrics
- red eye (jpn) - bad boys be ambitious lyrics