
pərviz mahmudov - qıymadın lyrics
[bənd 1]
bir telefon zəngini qıymadın, gülüm, mənə
bilirdin, nə qədər səsinə ehtiyacım var
soyuq baxışlardan od düşübdür könlümə
o soyuq baxışında sevgiyə ümidim var
soyuq baxışlardan od düşübdür könlümə
o soyuq baxışında sevgiyə ümidim var
[nəqərat]
bir şirin gülüşünü qıymadın, gülüm, mənə
bilirdin, bu gülüşdə axtardığım sevgi var
boş qalan ürəyində yer tapmadım sevgimə
fikirləşdim, bu sevgi səni səndən ayırar
bir telefon zəngini qıymadın, gülüm, mənə
bir telefon zəngini qıymadın, gülüm, mənə
[bənd 2]
bir ümid baxışını qıymadın, gülüm, mənə
bilirdin ki, baxışın həyatıma nur saçar
əbədi bir həsrəti həkk eylədin könlümə
vüsalıma çatmağa mənim arzularım var
əbədi bir həsrəti həkk eylədin könlümə
vüsalıma çatmağa mənim arzularım var
[nəqərat]
bir şirin gülüşünü qıymadın, gülüm, mənə
bilirdin, bu gülüşdə axtardığım sevgi var
boş qalan ürəyində yer tapmadım sevgimə
fikirləşdim, bu sevgi səni səndən ayırar
bir telefon zəngini qıymadın, gülüm, mənə
bir telefon zəngini qıymadın, gülüm, mənə
bir telefon zəngini qıymadın, gülüm, mənə
bir telefon zəngini qıymadın, gülüm, mənə
qıymadın mənə…
Random Lyrics
- diante do trono - música do céu (ao vivo) lyrics
- nanobii - party warrior lyrics
- kan (jpn) - 恋する気持ち(koisuru kimochi) lyrics
- robert white - portio mea, domine lyrics
- feeding pigeonz - 15 black shirts lyrics
- too short pants - misery lyrics
- ynkeumalice - problems i can’t solve , facing addiction (unhealthy habits ) lyrics
- wabe - qara lyrics
- kosarik - take all lyrics
- dela tuu - cherry treasures lyrics