payam turk - nifrət lyrics
[bənd 1]
çək məni siqaretinəm, tüstü olum dodağına
yaxınlaş, özünə al məni, isti olum qucağına
gen otağı dar gətir mənə, sıx məni yatağıma
şərab ol dodaqlarıma, qoy səni səndən içim
al məni bağrina bas, qoy eşqinlə bitim
mənə bir baxış bağışla, gözlərində itim
məni sən yaradıbsan, yox mənə burdan “gedim”
səni dəlilər kimi sevərəm, bunu sənə söz verim ki
qal mənim yanımda, sən istə keçim canımdan
axırsan qanımdan, bağlısan hər anımdan
deyir: “bu qədər rahat, buraxım, gedim” qalım qəm hallarımla
yaşayış yadınla, amma yerini alır qadınlar
nifrət vardı məndə hələ də butun gülüşlərin dalında
yoxsan yanımda amma qarışıqsan ruhumla, canımla
axtarıram nə qədər var bütün xatirələr yadımda
[nəqərat]
ürəyimə sanc oxu, nifrətli qan çoxu
səbrimə az toxun, gözümdən ənir roxun
ruhumu yormadan cismimdə var qadan
olma nadan, gəl uzaqlığa dadan
ruhumu dağıdır oxun, daha mənə deyirsən yoxun
nifrəti özümdə boğum, əyildi bütünü boyum
dərini, ətini oyum, qanına çətin mən doyum, qanına çətin mən doyum
[bənd 2]
sondaki gülüşlərinə ilk siqaretim öpüşdü
dizlərim qucaq verdi, kədərlərimi bölüşdü
uçdum gələcəyimə və olmamağın görüşdü
yadıma o düşdü, döndün geriyə, ayaqladın nifrətimi və barışdım
itirdim kədərlərimi, sevincə mən qarışdım
təzəldi xatirələr, buraxdin, yenidən alışdım
çalışdım olmasın amma nifrət tək qaldı mənə
qızılgül oldun, sənə xar oldum, dərildin və qanlı sifət qaldı mənə
ucalı gülürdün, mən inanmadım batinində olar nələr
güdmədən indi gələr itirdim bu dəqiqələrim, vaxtlarım
mənə yer göstər, denən özümü hardan axtarım
mən itirmişəm özümü, inan duman dağlarım
bu isti ocaq üstə durmadın, gah əridim qarların
qaraldı ağlarım və ürəyə düşdü dağların
[nəqərat]
ürəyimə sanc oxu, nifrətli qan çoxu
səbrimə az toxun, gözümdən ənir roxun
ruhumu yormadan cismimdə var qadan
olma nadan, gəl uzaqlığa dadan
ruhumu dağıdır oxun, daha mənə deyirsən yoxun
nifrəti özümdə boğum, əyildi bütünü boyum
dərini, ətini oyum, qanına çətin mən doyum, qanına çətin mən doyum
[band 3]
əlinlə tut+rdun, gedərkən məni gözlərinlə vururdun
gahi axırdın mənlə, gahi də dururdun
uyudurdun ürəyimi, oyadarkən kinləri
təninlə tənimi zəhərləyəndə mən bilmirdim itirirdim iləri
kimləri yerinə saçırdım?
ut+rdum tüstüləri və ciyərlərimi içkilərlə daşırdım
itirib sağlığına sağlığımı gah sağa, gah sola aşırdım
addımı çaşırdım, ürəyimlə yanırdım və puç olduğunu qanırdım
bir qurtum nifrət, bir qurtum ölüm mənə qalırdı
kim məni aynıdırdı nə olduğunu danırdım
dirilirdim, qalırdı nifrəttək “hay” mənə qalmır nay tənə
güdürəm, gələr mənə bir xəbər
beynimdə var nələr, uzaqda dur dəbər+dəbər
nifrətdir, yar, mənə böyük ağır ar mənə
[nəqərat]
ürəyimə sanc oxu, nifrətli qan çoxu
səbrimə az toxun, gözümdən ənir roxun
ruhumu yormadan cismimdə var qadan
olma nadan, gəl uzaqlığa dadan
ruhumu dağıdır oxun, daha mənə deyirsən yoxun
nifrəti özümdə boğum, əyildi bütünü boyum
dərini, ətini oyum, qanına çətin mən doyum, qanına çətin mən doyum
Random Lyrics
- huver - dr0wn!ng lyrics
- lake shore drive - when the leaves failed us both lyrics
- neil young - down by the river (live at the cellar door 1970) lyrics
- lardi b - splish splash lyrics
- sarah nixey - strangelove (lodge radio edit) lyrics
- dj nelson, dj goldy - la puta lyrics
- alex bond - 1nnovation lyrics
- everything is love - hand of the tribe lyrics
- carin leon - moscas en la casa (part. jovanny cadena y su estilo privado) lyrics
- ben lanz - auckland lyrics