pranga - чернаяроза (chernayaroza) lyrics
[bənd 1]
nə gözəl qocalmışsan sən
nə qədər qocalsan da, o gözəl üzün
yaddaşımda yaxşı qalıb
saçlarında payız yağışı qalıb
sən gedəndə anladım
gedişi ağır olur yaxşıların
mən isə köhnə mənəm, bir az soyuq, bir az ağır
köhnə palto, portsiqar və üzümdən zəhrimar yağır
bilirəm, əzizim, sən məni heç sevmədin
amma bilirsən, mən səni çox sevdim axı
payız yağışlarında sevdim, örtülüb o izlər indi
ruhuma tab gətirmir, qan içində bu dizlər indi
bir ata şilləsi kimi idin, ağrıdırdın, ağladırdın
amma yoxluğunda çox özlənirdin
[nəqərat]
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
mən səni xatırladım yenə
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
[bənd 2]
olmadı, bacarmadıq
xəstəlikdə, sağlıqda bir yastıqda qocalmadıq
zaman da ayırmadan yaxşıları və pisləri
bircə+bircə gömdü torpaq altda əzizləri
mən iyrənirəm mavidən indi, səmadan və dənizdən
sən də iyrənəndə gəl qaranlığımda gizlən
indi məni də kirlədib şəhər, mənim də tozlanıb dibim
mən də bir az vəfasızam dostlarım kimi
kirlənib küləkləri də bu lənətli yarımadanın
tərk eləyib gedənlər də buraxır yarım adamı
təklik ağrıdır, gecələr ancaq qüssələnirsən
zamanla alışdıqca bir yanını hiss eləmirsən
və tənhalıq alışdıqca belimi bükür mənim
qırılır pəncərələr çilik+çilik. üstümə çökür mənim
parçalayıb yelkənimi, ümidlərimi dənizə tökün mənim
mənə toxunma, özümdən ağırdır yüküm mənim
[nəqərat]
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
[bənd 3]
iblisin kamanında mələklərin rekviyemi
boşuna gözləmə, gəlməyəcək gedən o gəmi
sən də unudulacaqsan, şeirlərdə qalacaq adın
qızıl saçlı, qızılgül qoxan qara paltarlı qadın
mən də hissiyyatsızam özümü yoxluğa öyrədəndən
sən sarı saçlarını yanına alıb gedəndən
yarpaq tökür budaqların, baharı keçir, qış gəlir
zaman ötdükcə can dostlarım eləcə tanış gəlir
səni də gömdü zaman mənim saçlarımın qarasına
gözlərimin qarasına, xatirələrin arasına
sonda peterburq ruhi dispanser ‘’neurotherapy’’
bağırtılarda sən, yaddaşımda maqdalena mariya
mənim kimilərinin arzuları, duyğusu olmur
bilirsən, dəlilərin itirmək qorxusu olmur
mən canlı rekviyem, mən sonuncu ‘’lacrimosa’’
sən mənim ən dərin yaram – ‘’чернаяроза’’
[nəqərat]
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
ölümün çöhrəsində
o söyüd kölgəsində
bir mərmi səsində
Random Lyrics
- dead poet society - frivolity lyrics
- tino bangz - infatuation (onyinyechi) lyrics
- kodak black - burn it up lyrics
- fauzia - изучай (study) lyrics
- boogarins - me dê um som lyrics
- der schlachtmeister - frag doch einfach schlachti! lyrics
- maxwell - lifetime (dupri remix) lyrics
- gu1ltyy, heavenvoice, shynesss - тур по грустным lyrics
- фрик пати (freak party) - валит басок (bass is knock down)* lyrics
- trapani - el pajarero lyrics