azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - başım bəlada lyrics

Loading...

[nəqərat]
başım bəlada
adın dilimdə
sənə gəlirəm
önümdə zülmət

başım bəlada
səsin qulaqda
sənə gəlirəm
əlimdə güllər

[bənd 1]
başım bu gecə bəlada, o gözəl üzün yadımda
şəklim asılıb hər yerə, axtarışda adım var
tərk edib yaradan, qan axır həmin yaradan
qumar deyil, bu, son oyun həyatımla
(başım bəlada)

adın hələ də dilimdə
adını sayıqlayıram həmin dəlixananın tinində
güləndə çəkdiyim o köhnə şəklin hələ də cibimdə
yolumun üstü duman, pusu, sinirlər
sənə gəldiyimi bilirlər

ölüb+ölüb dirilmək
yol üstündə tanıdılar saqqalımın kirindən
bir əmanət almışam yolda adamın birindən
sənə gəldiyimi bilirlər
(başım bəlada)
yaramın üstündə irinlər
qələmimi sındırıblar, məni hər yerdən siliblər
yazıları yandırıblar, xəbərsizcə giriblər
aparılıb axtarışlar bir gecə mənzilimdə
yandırıram bir papiros
sənə gəldiyimi bilirlər

[keçid]
başım bəlada
üzün uzaqda
qalıb silahda
sonuncu gülləm

[nəqərat]
başım bəlada
adın dilimdə
sənə gəlirəm
önümdə zülmət

başım bəlada
səsin qulaqda
sənə gəlirəm
əlimdə güllər

[çıxış]
başım bəlada
üzün uzaqda
qalıb silahda
sonuncu gülləm
başım bəlada



Random Lyrics

HOT LYRICS

Loading...