azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - danışır tarix lyrics

Loading...

[bənd 1]
mən mete xan, tarix əydi qəddimi
qüdrətimdi səbəbkarı çinlilərin səddinin
indi doğu da övladlarımı qətl edir, çünki
gömmüşəm o səddə mən çinlilərin cəddini

mən leonidas, tarixin komandanı
ruhum hələ də spartanın səmasında fırlanır
fermopil ümmanında şəhid olan 300 nəfər
axırdı nizələrimdə farsların qanı

mən kamal paşa, ruhum indi kədərli
demə, tökülən qanlarımız əslində hədərdir
çox heyif, anlamadı mənim millətim ki
bir türk bu dünyaya bədəldir

mən çörçill, kabbalanın tələbəsi
ingilis bayrağı kimi dönürdüm, külək hara əsir
şahmatı elə oynadım ki, bütün dünyanın
gözlərində pərdə asdı ssri+in qələbəsi

[nəqərat]
tarixin kurqanında isti qanla qum qarışır
qocadırmı tanrı qədər, görən, tarixin yaşı?
küdurətli baxışlarda aşıb+daşır qan yağışı
indi susur cümlə bəşər, yerində tarix danışır
tarixin kurqanında isti qanla qum qarışır
qocadırmı tanrı qədər, görən, tarixin yaşı?
küdurətli baxışlarda aşıb+daşır qan yağışı
indi susur cümlə bəşər, yerində tarix danışır

[bənd 2]
mən adolf hitler, füreriyəm əsrimin
cəsədlərlə hörmüşəm n+z+lərin qəsrini
indi bəşər lənət edir kəsmədiyim üçün
yehovanın günah içində qovurulan nəslini

mən stalin, qan içində sirlərim
adım kommunist idi dolduranda qəbirləri
vətən sevən şairlərə vətən xaini deyib
37 qışında güllədim şirləri

mən elçibəy, rəsulzadə davamçısı
babam atilla xan, yaradanın qamçısı
itlərin boynu qaldı qurdlarımın pəncəsində
boz ayda ərşə qalxdı tülkülərin sancısı

mən pranga, parçalanan canam mən
bir şəhidin yarasından quma qarışan qanam mən
rəsulzadə mirası, orta asiya səmasında
qanadı qırıq qartalam, azərbaycanam mən
[nəqərat]
tarixin kurqanında isti qanla qum qarışır
qocadırmı tanrı qədər, görən, tarixin yaşı?
küdurətli baxışlarda aşıb+daşır qan yağışı
indi susur cümlə bəşər, yerində tarix danışır

tarixin kurqanında isti qanla qum qarışır
qocadırmı tanrı qədər, görən, tarixin yaşı?
küdurətli baxışlarda aşıb+daşır qan yağışı
indi susur cümlə bəşər, yerində tarix danışır



Random Lyrics

HOT LYRICS

Loading...