pranga - incimə lyrics
[nəqərat]
eşidəndə dəyişmişəm dünyamı
çiçəklər də haray salsa, incimə
demirdinmi, alacaqsan canım?
ruhum getsə, canım qalsa, incimə
heç bildinmi, səndən nələr çəkdi can?
dərdlərindən, bildin, necə çökdü can?
bir dənə idi, elə bildin, çoxdur can?
vicdanında qanım qalsa, incimə
bir dənə idi, elə bildin, çoxdur can?
vicdanında qanım qalsa, incimə
bir dənə idi, elə bildin, çoxdur can?
vicdanında qanım qalsa, incimə
[bənd 1]
həmin uvertürada, ‘’giuseppe tornatore’’
fonda «синяя вечность»
bahalı hotel foyelərində ucuz qadınlar
yanımda qalmayan hər kəs qalırdı yadımda
sən ‘’apollina, padrino, brucia la terra’’
köhnə pavilyon, hekayən də ‘’mavera’’
əkdiyin tənhalığı biçirsən indi
eşitdim ki, başqa adamlarla içirsən artıq
məndən incimə, sənə yazmaq olmur artıq
bax indi çingiz də börtəyə vurulmur artıq
daha uşaqlıq edən yox, uşağa baxan yaşımdır
atamın şilləsi üçün darıxan yaşımdır
sən də yadımdasan, köhnə fraqmentlərdə
tozlu kasetlərdə, rəngi gedən lentlərdə
deməli, hərdən yanmaq lazım, alışmaq azdır
səni bağışlasam, özümü bağışlamazdım
[nəqərat]
kar qəlbini daha necə səsləyim?
sevgidənsə, bəlkə, nifrət bəsləyim?
daş ürəklim, can çürüdən tərsliyin
məni səndən vaxtsız alsa, incimə
daş ürəklim, can çürüdən tərsliyin
məni səndən vaxtsız alsa, incimə
ey daş ürəklim, can çürüdən tərsliyin
məni səndən vaxtsız alsa, incimə
Random Lyrics
- neffex - in da club ( lyrics
- steve's basement - never ending feeling lyrics
- raye - on ice* lyrics
- osamason - pop out* lyrics
- dody6 - trippin lyrics
- heartbrkkidd - remember me ? lyrics
- k1llbrady - gtv lyrics
- slmzo - prasna lyrics
- жщ (zhsch) - жить по-другому (live differently) lyrics
- totalement sublime - manteau d'ardoise lyrics