pranga - leytenant lyrics
[nəqərat]
barıt qoxulu o yollar, o yollar
səni bəs nə vaxt qaytarar, qaytarar?
səndən təsəlli bir zabit mundiri
bir cüt ulduzlu, aylı poqonlar
səndən təsəlli bir zabit mundiri
bir cüt ulduzlu, aylı poqonlar
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
[bənd 1]
soyuq noyabr, buzovna, axşamüstü, dəniz qırağı
uzaqda nargin + xəzərin gözoxşayan çırağı
əsir külək, dənizin üstün ahəstə gəzir külək
sanki nazlı bir qadın tellərinə çəkir darağı
ləpələnir dəniz, çırpır özünü qayalara
mavi sular uzaqlarda üfüqlərlə birləşib
səliqəli köhnə mundir, ay+ulduzlu boz poqon
tənha bir skamyada qoca bir adam əyləşir
qoca fikirləşir, qara qaşlar çatılır
sinəsinin ortasında daş, soyuq baxışlarında buz
dizində güllə yarası, qulaqda mərmi səsi
çiynində ömrünü qurban verdiyi səkkizguşəli ulduz
canlanır bir ömrün ötən fraqmentləri
sanki zaman yaddaşında qarışdırır lentləri
xatirələr axır dənizə və qoca leytenant son dəfə
yorğun baxışlarla baxır dənizə
[nəqərat]
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytеnant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, lеytenant
[bənd 2]
qoca yenə xatırlayır, il 1992
zirehli vaz meyitləri arxasınca çəkir
yenə şuşanın cığırları, darmadağın qatar yolu
köhnə haman, tam təchizatlı gəncə batalyonu
dörd tərəfdə bağırtılar, raket cırır pərdələri
btr, pk, qanlı mina qəlpələri
panika ilə bəslənən xaos və qruplaşmalar
və müharibənin qara tərəfi, qara maskalı yaşmalar
arxadan çingizin səsi, üstündə dostunun qanı
çiynində kamera, dodağında ‘’без фильтр’’ astra yanır
monastıra sarı ağır+ağır çıxır bölük, hava da ağır
uzaqdan güllə səsi, parçalanan diz qapağı
hərbi hospital, ən ağır gecələr, morfin, iynələr
hələ də ara+sıra burnuna həmin ’’морг’’un iyi gələr
bəzən alınmır unutmaq, qoca leytenant bilir bunu
medallar unutdurmur heç vaxt qırılan qürurunu
amma bu gün rahatdır ruhu, rahat qəlbi, azalıb dərdi
bu gün səhər əsgər oğlu, gözünün nuru müjdəni verdi
qısa telefon danışığı, bədəni bir an gəldi cuşa
“ata, almışıq şuşanı, bizimdir şuşa!”
leytenant elə bil dirildi təzədən
geyindi mundirini, taxdı medallarını, çıxdı şəhərə
qalxdı dağüstü parka, baxdı məzarlara, üzündə təbəssüm pıçıldadı:
“rahat yatın, bayramdır bu gün”
[nəqərat]
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
hay ver mənə, cənab leytenant
hay ver mənə, leytenant, leytenant
xoş müjdəli bir savaşdan
pay ver mənə, leytenant
Random Lyrics
- enveel & metaego - sad girl syndrome (speed up) lyrics
- ethel smyth - der verirrte jäger lyrics
- kt gorique - qui m'appelle lyrics
- lila gray - hungry for me lyrics
- alex dionisio - "changes" (2pac cover) lyrics
- dinos - viral lyrics
- andrómeda guatemala - la nueva humanidad lyrics
- shikago - شيكاجو - ana shika - أنا شيكا lyrics
- nic nim - ribcage lyrics
- ka1d (esp) - kurtc0bain! lyrics