azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - nargin (epic version) lyrics

Loading...

[bənd 1]
necə iyrənc suların var idi, boynuna daş bağlayıb
qayalarından itələdiyim arzularım var idi
gedənlər heç nə qoymurlar arxalarında
bu xalqın vicdanı kimi məni də batır dalğalarında

hanı bəs, geri dönürdü gedənlər gedən dalğalar kimi?
kaş uzun olardı gecələrin də ömrü qarğalar kimi
daha bakının küləkləri də əvvəlkitək əsmir ağır
özünü sevməyən bir adamı tanrı nə cür sevsin axı?

gəl, tut, apar məni də xəzər, məni də apar özünlə
ruhu çıxar bədənimdən, məni də qopar özümdən
qoy gəmilər kimi ləpələrində düşüm çovğuna
qayalarına adını yazdığım qızın indi bir oğlu var

özlədinmi sən də heç? ağladınmı sən də?
küsüb dünyadan hamının üzünə qapını bağladınmı sən də?
gecələr oyandınmı sən də qanlı öskürəklə heç?
bir dəli yağış ol, arada yağ ömrümə, əs küləklə, keç

şeir küsüb zərafətinə, əllərimdə qan qoxusu
mən, əsrlərdir, qaçıram özləminlə son nəfəs
aç zülfünü, bu gecə tanrı tellərində can toxusun
bu gecə ay intihar edir gözlərində son dəfə
edam etdilər məni aydan asaraq
həyat payız, ömür xəzan, mən isə qoca çinar ağacı
alıb başımı gedirəm indi yaralarıma dağ basaraq
qərənfillər əkdiyim torpaqda böyüdü dar ağacım

[nəqərat]
bakı artıq o günlərtək bizi yada salmır
nə bu dəniz indi coşur, nə xatirəsi sağdır
səni basdırdığım torpaqların ismi ölümdür
digər adı “nargin”, sənin adın “nargin”

bakı artıq o günlərtək bizi yada salmır
nə bu dəniz indi coşur, nə xatirəsi sağdır
səni basdırdığım torpaqların ismi ölümdür
digər adı “nargin”, sənin adın “nargin”

[bənd 2]
onun bəyaz saçları, bir zamanlar sarı idi
gözləri səndən də mavi bir qadınım var idi
balkonunda qızıl orxideyalar düzərdim
buzovnanın sahillərini birgə gəzərdik

gedərdik əl+ələ görünməsə də yolların sonu
o, “müşfiq” oxumağı sevərdi, mən sevərdim onu
seyr edərdi dalğalarını bir papiros tüstüsündə
özü isə mavi dənizlər gizlədirdi öz gözündə
az gülər nəmli gözləri ilə, az danışardı
mənə qara bəxt, ona qara paltar yaraşardı
sevərdi, sevərdim, ağlayardı, susardım
gülərdi, yazardım, o getdi, azaldım

bilirdi, qalmayacam, bilirdi, içdə dərvişəm
elə bilirdi, hamı kimi mən də getmək üçün gəlmişəm
küsüb üzülərdi mən müharibələrimdən danışanda
gözü yaşarar, əsər külək, səpələnərdi yağış onda

xəzər coşar, aşıb+daşar, ləpələnərdi dəli kimi
dalğalanıb, qıvrılardı onun sarı telləri kimi
qızıl zülfü rəqs edərdi o dəli küləklərlə
o ölən gün anladım ki, ölür mələklər də

sən ölmədin, evin mənəm, sol yanımda qalırsan
mən də gedirəm indi xəyallarımı burada gömüb
sən gecələr boz ay kimi yoluma işıq salırsan
ulayıram hər gecə ruhuna mən qurda dönüb

[nəqərat]
bakı artıq o günlərtək bizi yada salmır
nə bu dəniz indi coşur, nə xatirəsi sağdır
səni basdırdığım torpaqların ismi ölümdür
digər adı “nargin”, sənin adın “nargin”
bakı artıq o günlərtək bizi yada salmır
nə bu dəniz indi coşur, nə xatirəsi sağdır
səni basdırdığım torpaqların ismi ölümdür
digər adı “nargin”, sənin adın “nargin”

[çıxış]
sən gəlmədin, biz, biz olmadıq
dözmədi xatirələr
sürdürə bilmədim heç
görmədim xoşbəxtliyi



Random Lyrics

HOT LYRICS

Loading...