azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - nargin lyrics

Loading...

[nəqərat]
yazdım adını divarlara
dağ basıram xəyallara
yazdım adını divarlara
dağ basıram xəyallara

gedirəm özgə diyarlara
əlvida
gedirəm özgə diyarlara
əlvida

[bənd 1]
indi sən də gedirsən
aramla islanır köhnə vaqonlar
əvəz eləməyəcək parfümünü bahalı flakonlar
köhnə ‘’cello’’, portsiqarlı tozlu fortepiano
qramm+f+nda loren, altıncı sonata ‘’ti amo’’
tanrı jan pyer jöne, səni ecazkar ‘’amelie’’
dəyişərdi gözlərin mavi+yaşıl ‘’chameleon’’
aç tökülsün yenə sinəmə sarı tellərin
xəfif makiyajın, portfeldə müşfiqin şeirləri
məni gözəl xatırla, yenə o bağ olaydı
yenə də bahar gələydi, kaş yenə sən sağ olaydın
dolaydım saçın kimi qıvrılan dalğalara
mənsə getməliydim qoşulub qara qarğalara
indi məni də apar, xəzər, məni apar özünlə
ruhu çıxar bədənimdən, məni də qopar özümdən
qoy gəmilər kimi ləpələrində düşüm çovğuna
qayalarında adını yazdığım qızın indi bir oğlu var
[nəqərat]
şeirlərimi gizləyərsən
yollarımı gözləyərsən
dönməsəm də, özləyərsən
əlvida
dönməsəm də, özləyərsən
əlvida

[bənd 2]
ağlama, ay parçası, ağlama, nə olar
hər kəsi soluna gömən mən bir səni basdırammadım
mən səni bir ömürə belə sığdıra bilməsəm də
sən mənə bir gecədə ‘’yağış qadın’’ı yazdıran qadın
qanadlarıma sığal çək, özləmişəm, səsli bağır
daha bakının küləkləri əvvəlkitək əsmir ağır
sən məni heç sevmədin, məni tanrı belə sevməmişdi
özünü sevməyən bir adamı tanrı nə cür sevsin axı?
nəfəsim təngidikcə məhv oluram, ovuclarıma tər bələnir
parçalayır köksümü tənhalığın qəlpələri
gəl, yenə yanaqlarımı sığallasın saçın
qərənfillər əkdiyim torpaqda böyüdü dar ağacın
sən ölmədin, evin mənəm, sol yanımda qalırsan
mən də gedirəm indi xəyallarımı burada gömüb
sən gecələr boz ay kimi yoluma işıq salırsan
ulayıram hər gecələr ruhum aman qurda dönüb
davam edərik sən də, mən də yarım qalan hekayəmizdə
heç olmamış kimi basdırarıq qəlbimizdə ən dərində
əllərində qırışlarla gələrsən görüşümə
sənin yanında oğlun, mənim içimdə döyüşlər
bir yağış yağar o gün, müjganına şeh düşər
daş üstündə gül bitər, gecə günəşlə ay görüşər
palçıq adam yağış qadını görər yenə
elə bu xəyalla ömür sürən mən qara gün ax dеmişəm, vay demişəm
[nəqərat]
gedirəm özgə diyarlara
əlvida
dönməsəm də, özləyərsən
əlvida



Random Lyrics

HOT LYRICS

Loading...