azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - neveda lyrics

Loading...

[giriş]
bir gecə yadına düşəndə anlayacaqsan
illərin əfvi yox, illərin əfvi yox
üzmüşəm əlimi yağış səsindən
daha gün çıxmır yağışdan sonra
kirayə bir evin pəncərəsindən
səni sevmək olmur bu yaşdan sonra

[bənd 1]
hələ də özünü xatırladırsan
hələ də yerin yanımda boş
həminki küçə, həminki pəncərə
yenə necə yorğun, yenə sərxoş

səni yaşadır xatirələr
məni yaşadır bir sevdalı xəyal
bizdən elə bil bir ömür keçib
sən kirlənmə, sən belə qal

yorğun adamlar sağım+solum
rəngsiz ömürlər keçib yanımdan
soyuq, içi tənhalıqla dolu
daşlar, dəmirlər keçib yanımdan

ömür də keçir bu adamlar kimi
zaman uduzur bizi yavaş+yavaş
üzün, gözün çıxır ağlımdan
unuduram səni də yavaş+yavaş
[nəqərat]
bir gecə yadına düşəndə anlayacaqsan
illərin əfvi yox, illərin əfvi yox
yadına düşəndə anlayacaqsan
illərin əfvi yox, illərin əfvi yox

[bənd 2]
köhnə bir ‘’impala’’, köhnə bir yol
necə qoymuşdum, hər şey eyni
fırlanır təkərlər, səslənir motor
yandırıb siqaret açıram ‘’tape’’i

günəş batır, hava qaralır
elə bil bürüyür kölgən yolumu
(elə bil bürüyür kölgən yolumu)
elə bil adəm səndən qovulur

səni belə xatırlayacam mən
köhnə bir mahnı, yarım hekayə
sən uşaqlığım, indi böyümüşəm
sən evim idin, indi kirayə

biz uduzduq, bitdi müharibə
mən də yoruldum, qurtardı güllə
elə bil dağılır körpülər, yollar
vermir daha sənin ətrini güllər
[nəqərat]
bir gecə yadına düşəndə anlayacaqsan
illərin əfvi yox, illərin əfvi yox
yadına düşəndə anlayacaqsan
illərin əfvi yox, illərin əfvi yox



Random Lyrics

HOT LYRICS

Loading...