azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - palto lyrics

Loading...

[bənd 1]
asqıda palton, masamda şəklin
tanış olduğumuz terrasda çəkilib
yaşım 19, 10 il öncə
məsafə mərmi, məsafə xəncər

asqıda palton, radioda nino
parla piu piano, viva portofino
xoşbəxt ol, illər keçər gedərkən
olsaydın, hər şey keçərdi, bəlkə

unudur səni də adam zamanla
üzünün xətti itir ağlımda
səndən sonra barışmışam
bu kimsəsiz, bu yetim ağrımla

[keçid]
sən demə, bu imiş səni də unutmaq
bu evi də sənsiz görmək deməkmiş
sən demə, bir gecə səni də unutmaq
ölmək deməkmiş, ölmək belə imiş

[nəqərat]
asqıda paltonu götür, apar
səni xatırladır hər vida
daha sənə yazmaram mən bir daha
əlvida, sevgilim, əlvida
asqıda paltonu götür, apar
səni xatırladır hər vida
daha sənə yazmaram mən bir daha
əlvida, sevgilim, əlvida

[bənd 2]
asqıda palton, divarda şərfin
bəzi günahların olmur əfvi
səhvimi yumağa yağışlar azdır
mən olsam, mən də bağışlamazdım

kimləsən indi, haradasan indi?
görəsən, yordumu illər səni də?
döyüşüb evimə qayıdıram indi
uduzdum, qurtardı gülləm, gəlirəm

kaş ki danışa biləydim
kaş ki deyərdim: “bir az da qal”
səni yaşadır yenə xatirələr
məni yaşadır həmin o sevdalı xəyal

[keçid]
sən demə, bu imiş səni də unutmaq
bu evi də sənsiz görmək deməkmiş
sən demə, bir gecə səni də unutmaq
ölmək deməkmiş, ölmək belə imiş
[nəqərat]
asqıda paltonu götür, apar
səni xatırladır hər vida
daha sənə yazmaram mən bir daha
əlvida, sevgilim, əlvida

asqıda paltonu götür, apar
səni xatırladır hər vida
daha sənə yazmaram mən bir daha
əlvida, sevgilim, əlvida



Random Lyrics

HOT LYRICS

Loading...