pranga - payızdan sarılar lyrics
[bənd 1]
bir gün şəhid olsam əgər, olarsanmı qərənfilim?
danışmaram, sükunətimi qəbul eləsə əgər dilim
eşitdim ki, yağışlarla şəhərə qonaq gəlmisən
salam, son bahar, mənəm, sənin sevgilin
yandır indi xatirələri, anlarımı saxlama
gözlərə gülmək yaraşır, siyah gözlüm, ağlama
gülümsə, unut məni, amma bircə xahişim
nə qədər üşüsən də, başqa birini qucaqlama
bakıya yaraşmırdı heç yanvarın yağışları
kədərin alovu gözlərimdə alışdırar baxışları
qarış+qarış kağızlarıma qarışdıqca qırışlarım
sarışın bir payız axşamı çıxıb getdi yağış qadın
barışmadım anamın ağarmış saçlarıyla
qardaş oldu ‘’prangamania’’ atasının acılarıyla
fərqi yoxdur şairin, son baharda xəzan olub
əbədi yuxuya gedən çinar ağaclarıyla
vardı mənlə gələnlər, vardı geridə qalanlar da
evlə hər problemdə dostluq edib dalanlarla
məktəbin arxasında saf və təmiz görüşlər
eh, buna düşüklük deyir indiki cavanlar da
limanlarda lövbər atan bir gəmiyəm mən
yırğalayır yelkənimi indi nazlı dənizlər
neçə qırılmış ürəklərin matəmiyəm mən
pranga sənə də yas tutar, yetər ki, dost, sən istə
[nəqərat]
məni məndən aldın
payızın küləyinə sardın
qardır, bakı yenə qardır
qaldım bu şəhərdə küləklə tək mən
bir nağılıq indi biz
yalvarıram, balaca qız
çəkdiyim bu ağrıları sən də çəkmə
[bənd 2]
topla tez çamadanını, tərk edirik bakını bu gün
gəlmişəm səni özümlə xəyallarıma aparmağa
bezmişəm bu şəhərdən, duyğularım qırıq+sökük
kürəyimdəki güllələr də dostlarımdan ərməğan
duymasın, duymasın qoy indi bu şəhər bizi
gömək dodaqlarımıza əbədi hekayəmizi
bir də arxamızca gələ bilməsinlər deyə
hər keçəndə qırıb sökək körpülərimizi
ağlama, bakı layiq olmadı şanələrinə
bir az da hüzn qatıb gedirəm indi kədərimə
yenə qonaq gələrsən cavidin viranələrinə
düşmən etdiniz məni ən sevimli şəhərimə
bir də qayıtmaram, söz, yağış da, qar da yağsa
bakının küçələrindən soruşsa məni soyuq qış
məni xatırlayarsan, xatirələr gözündən axsa
mən şair olmamışam, şair doğulmuşammış
indi əlini ver və unut hamını, hamını, gəl qaçaq
sıxıb boğmaq üçünmüş mənə açılan hər qucaq
dayanacaqlarda yarım qalan əlvidalaram
düz demişdin, ata, məndən adam olmayacaq
fanatım olmayıb, hamısı mənə dostdurlar
bəlkə də, hələ başdayam, ya da ki ömrü yarıladım
qayıt 2007+ə, biz varıqsa, ‘’host’’ da var
xəzan olar bir azdan payızdan sarılarım
Random Lyrics
- justin gombita - listen up, christ is born lyrics
- lucy bedroque - real dilla lyrics
- ryan castro, elkno & blessd - comerte a besos (remix) lyrics
- heavyheartedmusic & evrhane - nymphs of the lake lyrics
- diggz da prophecy - oppressed (jinx rap) lyrics
- uglynever - zub lyrics
- fer y julio - lastayata2 lyrics
- yung chop - fosho lyrics
- asa jake - psychopath killer (eminem remix) lyrics
- task have fun - 星フルwish (hoshi-ful wish) lyrics