pranga - qanadı qırıq qartal lyrics
[bənd 1]
yaralar gedər bədəndən, amma ruhda qalar izi
qopardıqca təzələnər və qanadıqca qanar izi
imperiyalar, işğal, talan, onca məzarsız şəhid
dalbadal vuruldu zərbələr və bulandı qana dizim
gecələr ağrıdır, gecələr lənət kimidir
döyünmür ürək nə zamandır, bədəndə artıq ət kimidir
otaqda ruhlarla birgə rəqs edirdi tüstülər
çırpıram qanadımı şəhid məzarlarının üstünə
mənə soyuq perronlarda tükənmiş ümidlər gətir
tənhalığın adı yoxdur, gedənlər də gəlmədi
pranga üzdə gülür, amma fəryad edir bətndə
mübarizəmiz davam edir ‘’дубинка” müşayiətində
media məzbəhələrini yağlı qoyunlarla doldurun
dezinformativ, üstü bağlı oyunlarla doldurun
içimdə bağırtılar, üzümə zəhrimar qarışar
zirvə tək nəfərlikdir, qartala təklik yaraşar
[nəqərat]
möhkəm vur, ölənə qədər vur
divar laylarımda çatlar əmələ gələnə qədər vur
çırpınar göydə təşnə ruhum yaralardan
quru bağırtılar yadigardır dəlix+n+lardan
yaxın gəlin
kürəyimi deşən qanlı zəncirlərə baxın gəlin
yaxından baxın, közərəcək bu yaralarım
dalımca qartal ordusu, batalyon, axın gəlir
[bənd 2]
çıxmayan candan ümid kəsildisə də, dönmədik
meydanlarda carçılarımız əzildisə də, dönmədik
bərk vurun, elə vurun ki, qanım qarışsın quma
iki cahana sığmaz ikən bir bədəndə məhk+mam
günəşi ardınca çəkib aparan qürubam mən
sarbanam, şuşaya doğru karvanam, yurdam mən
mehvərimdə tanrı parçası ilə laməkanam, bil
səmalarında qartal, torpağında qurdam mən
dəniz gözlü, repressiyalar səndən qoparacaq məni
deşər güllə, kəsər bıçaq, yandırar bu ocaq məni
ver, sancım ol şanlı hilalı gövdəmə, ey can
bir əqidəm var ki, tanrı dağına qədər aparacaq məni
məni də asın, leşimi şəmsi+şəfəq sığallasın
oyan, xəlil, cavad, şəhriyar, yarımcanam mənəm
bu nəğməyə cəbhələrdə əldə silah qulaq asın
eşqi bitib+tükənməyən azərbaycanam mən
[nəqərat]
möhkəm vur, ölənə qədər vur
divar laylarımda çatlar əmələ gələnə qədər vur
çırpınar göydə təşnə ruhum yaralardan
quru bağırtılar yadigardır dəlix+n+lardan
yaxın gəlin
kürəyimi deşən qanlı zəncirlərə baxın gəlin
yaxından baxın, közərəcək bu yaralarım
dalımca qartal ordusu, batalyon, axın gəlir
Random Lyrics
- alan dvb - harakiri lyrics
- sara (rus) - чудеса (miracles) lyrics
- riskbreakers - eknaton lyrics
- tyga - taste [mixed] lyrics
- geist (ita) - e quanti vote lyrics
- pieces of eden (uk) - shards of memory lyrics
- babyxsosa - bye #bye lyrics
- ajebo hustlers - ave maria lyrics
- ryan jéy - ain't me lyrics
- doomscytche - szubienica lyrics