azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - ruh lyrics

Loading...

bura bakıdı
gəldim yenə
buranın havası ağırdı
bura bakıdı
burda əksiy olmur qarı güvəndiyin dağın
sən onlardan olma, sil gözüvün yaşını qalx
bura bakıdı, bu şəhər inanmır adamın gözünün yaşına daha

gözümdə dəliliy, qanımda adderal, önümdə bu şəhər
bu dəfə alınmadı, başım bəlada bu dəfə
ratsiyalarda adım, belimdə babanın yadigarı
qan itirmişəm çox, deyəsən sondu bu səfər
gəlirəm ölümü geridə gömüb
baxıram ölümün gözünə dəliyə dönüb
bu beton binalar başıma yıxlır
içimdə bir yerdə dəlilər ölür
yarım həyatlar, yarım qalmış ölümlər
bakını yenib, sənə yenilməy varmış ömürdə

indi gucci, beldə uzi, qırmızı gözlərim, həyatım battle
man i’m boogie, qaradı işlər, qalıcı izlərim, deyiləm legal
süfrədə dostlar azalır, şüşənin dibini görmədən ölmə
mlboa, gang, dostların ölmədən ölmə

qısılıb nəfəsim, kəsilib səsim
elə bil uzaqdan eşidirəm gəlir sənin səsin həzin
gələn vurub, keçən satıb, dalımca əcəl çatır
ağzımda zəhər dadı, zəhərli ağzımda adın

ey, ey, yorulub bədənim, boğazım quruyub
qırmızı göy sirenalar, dalımca itlər uluyur
bu gecə qonağdı əcəl, bu gecə qalmışıq ölümlə heç heçə
sinəmdə güllə, dalımda itlər, cibimdə şəkilin, önümdə gecə

ağırdı gecə, bu gecə keçər, canavar bu qışı keçirəcəy
yaram ağırdı çox, yanımdan sakitcə keçir əcəl
darağa taxılı son bi güllə, gözlərimdə sən
belimi divara söykəmişəm, gözləyirəm gəl



Random Lyrics

HOT LYRICS

Loading...