pranga - soledad lyrics
[bənd 1]
bu ‘’соледад’’
hələ də özünü xatırladırsan
arada+sırada, açdığın yaradan
qan sızır arada, unudub yaradan
necə ki, sonunda unudur hər adam
yaşanmışlıqları
qaldırmışam rəfə qışlıqları
aşmışam alışdıqlarımı
yarama yaraşmır yanına yaraşdıqlarım
getdin gedəli
mən o mən deyiləm getdin gedəli
özü gedir, amma izi getmir gedənin
həsrətin ruh kimi tərk etmir bədəni
[keçid]
bakı böyük, amma dünya balaca
izlər qalacaq, bir azca zaman alacaq
amma yaraları saracam səndən sonra
[nəqərat]
güllər solacaq
sözlər gedəcək, izlər qalacaq
bundan sonra aramıza yollar
aramıza şəhərlər girəcək
bəlkə də, birimiz köçəcək dünyadan
amma digərimiz bunu heç vaxt bilməyəcək
[bənd 2]
yaman yorulmuşam mən
döyüşmürəm daha fırtınalarla
düzəltməyə gəlmişdilər
daha çox qırdılar amma
gün gəlir, insan keçir hər şeydən
anadan, atadan keçməyə tələsir
uzaqlıq qəssablar kimi
ömrün ən yaxşı yerindən kəsir
[keçid]
bakı böyük, amma dünya balaca
izlər qalacaq, bir azca zaman alacaq
amma yaraları saracam səndən sonra
[nəqərat]
güllər solacaq
sözlər gedəcək, izlər qalacaq
bundan sonra aramıza yollar
aramıza şəhərlər girəcək
bəlkə də, birimiz köçəcək dünyadan
amma digərimiz bunu heç vaxt bilməyəcək
[çıxış]
elə bil əsrlər keçir
ay nədir, il nədir?!
səndən sonra vuruldum
bir ciyərimi aldılar
amma sən heç bilmədin
sənə deyə bilmədim
çox imkanım oldu ölmək üçün
ölmədim amma, yaşadım mən
səni son dəfə görmək üçün
Random Lyrics
- taczkyy - keep it up lyrics
- tobi artigiano - quiero, pero... lyrics
- jung k - mario & luigi: brothership lyrics
- reidar larsen - me and my piano lyrics
- yut! - your reflection lyrics
- kiki (se) - birds (a cappella) lyrics
- is:sue - butterfly lyrics
- babytron - super soaker* lyrics
- remilia bandxz - run up lyrics
- zayde wolf - our own path lyrics