
pranga - tirad x1 lyrics
[bənd 1]
yanıma gəlmək əvəzinə arada yadıma gəlirsən
sən məni anlayardın, bircə dəfə dəlirsən
de görüm, haradasan indi, hansı cəhənnəmdəsən?
hansı cəhənnəmləri cənnətə döndərirsən?
nə dünyadır, əzizim
icazəsiz elə bil açıb bir gecə şeytan kilidi
indi mənə vəfadan danışmaq
kafirin cənazəsində oxunan quran kimidir
tanrı da görmür bizi, neyləsin
o özü də tənhadır axı, onun da öz işləri var
bu başqa tənhalıqdır, gülüm
bu tənhalığın pəncəsi var, dırnağı var, dişləri var
bir də murdar hürməyi var, hürür üzümə it kimi
durur üzümə məhkəmədə yalançı şahid kimi
deyərsiz ki, bir var idi: sevirdi müşfiq kimi
içirdi vahid kimi, yazırdı cavid kimi
[nəqərat]
bu, nə dünyadır?
səni məndən ayıran
səhradır
ulduzları sayıram
tənhadır
yenə illər, aylar
fəryadım
hər yerə yayılar
dünyadır
səni məndən ayıran
səhradır
ulduzları sayıram
tənhadır
yenə illər, aylar
fəryadım
[bənd 2]
üzümə gülmək əvəzinə şək!llərdə gülürsən
sən məni anlayardın, bir gün hamıya tüpürsən
görən, haradasan indi, hansı cəhənnəmdəsən?
hansı cəhənnəmlərin alovunu söndürürsən?
arada yazırdın mənə
yazırdın ki, necədir bakı
fəvvarələr meydanı
10 ildən də çox keçir
ayırır indi qatarlar, təyyarələr yolları
(bu, elə bir tiraddır ki)
bu, elə bir tiraddır ki
mən ən dərin şeirlərimi “полка”larda çürüdürəm
“ən son ümidlər ölür”,+deyib gözlədim səni
səndən sonra ümidlərimi folqalarda əridirəm
sən mənim ilk evim idin, sən sonuncu sürgünüm
həyat qoyur nöqtəni, silir yarıda vergülü
mənə yaşatdıqlarınla nə mahnılar yazmışam
heç birində adın yoxdur, sanın yoxdur, sevgilim
[nəqərat]
bu, nə dünyadır?
səni məndən ayıran
səhradır
ulduzları sayıram
tənhadır
yenə illər, aylar
fəryadım
hər yerə yayılar
dünyadır
səni məndən ayıran
səhradır
ulduzları sayıram
tənhadır
yenə illər, aylar
fəryadım
Random Lyrics
- сомния (comnia) - один (phenazepam) lyrics
- pilaitė - whiskey & coke lyrics
- aviators - find me (vocal stem) lyrics
- haunt [2] - gravedust upon my blade lyrics
- tyrin101 - solace/agony lyrics
- ilqar dayı - haydi salla lyrics
- saja boys - твой идол (your idol) lyrics
- captain beyond - night train calling (crystal clear) lyrics
- dan abranches - pra te ver lyrics
- [xyleonyt] - too much lyrics