azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pranga - yağış qadın - 2 lyrics

Loading...

[bənd 1]
indi gözlərində deyiləm, ağla, istəsən
bir də soyuq yanaqlarını islatmayacam
röyama gələ bilməyəcəksən, yoxla, istəsən
yuxuma girməyəsən deyə bu gecə yatmayacam

toxunmadı, and içirəm, heç bir özgə zülfə əlim
indi yoxluğundur mənə yazdıran hər qəzəli
düzdür, gözəldir sevmək toxunmadan, amma
görmədən sevməkdir sevgilərin ən gözəli

ayrıldıq o gün, mən tələsdim həmin gün
yağış yağdı, küləklər də əsdi həmin gün
o gün ayrıldı kədərli bir qadınla, bir kişi
kişi şair oldu, qadın saçını kəsdi həmin gün

bu sevgi bitdi, geriyə xatirən qalır
soruşan olsa, deyərsən ki, taleyimiz belə imiş
gedirəm indi vidalarımı bircə+bircə yanıma alıb
düz demişdim elə, yolçu yolda gərəkmiş

[nəqərat]
barışmadım, yoxluğunla barışmadım
ağrılara alışdım da, yoxluğuna alışmadım
sənlə ağlamadıq heç, gülmədik, danışmadıq
bakının küləklərinə qarışmadıq
baxışların, hüzn dolu baxışların
dəniz gözlərindən axan soyuq payız yağışları
sən bir ömür xalçasının ən gözəl naxışları
sən mənə əbədi bahar olan bir ömür bağışladın

bilirdim, yoxsan, olmamısan heç
hər səhər yollarında boşdur axtarışlarım
bir xəyalı sevmişəm: nə o qızıl saçlar olub
nə mavi gözlər, nə də ki yağış qadın

[bənd 2]
uzağın da bir adı var, bu dünyanın yaxşı, pisi
doğması var, həm yadı var
illər ötdü, keçdi, durnalar da köçdü, getdi
bax, bakını sevmək kimi idi vurulmaq bir qadına

dərdlərindən ilham alıb saçlarına qarışmaq
ağrısını sevmək onun, acılarına alışmaq
xatirələr gülümsədir, ağladır, üzür hərdən
yağışlı yollarda axtarır səni gözüm hərdən

bahar da gəldi, keçdi
bilirsən noyabrı, səngimir heç yağışlar
gözüm yol çəkir yenə, piyadalar, maşınlar
getdiyim o yolda bitmədi axtarışlar
mən ipək saçına toxunmağa belə qıymaz ikən
aç qızıl şanələrini, indi külək sığallasan
arxasınca bir şeir yazdırır hər çıxıb gedən
bir qadın tap ki mənə, anamdan çox ağlasın

[nəqərat]
barışmadım, yoxluğunla barışmadım
ağrılara alışdım da, yoxluğuna alışmadım
sənlə ağlamadıq heç, gülmədik, danışmadıq
bakının küləklərinə qarışmadıq

baxışların, hüzn dolu baxışların
dəniz gözlərindən axan soyuq payız yağışları
sən bir ömür xalçasının ən gözəl naxışları
sən mənə əbədi bahar olan bir ömür bağışladın

bilirdim, yoxsan, olmamısan heç
hər səhər yollarında boşdur axtarışlarım
bir xəyalı sevmişəm: nə o qızıl saçlar olub
nə mavi gözlər, nə də ki yağış qadın

barışmadım, yoxluğunla barışmadım
ağrılara alışdım da, yoxluğuna alışmadım
sənlə ağlamadıq heç, gülmədik, danışmadıq
bakının küləklərinə qarışmadıq
baxışların, hüzn dolu baxışların
dəniz gözlərindən axan soyuq payız yağışları
sən bir ömür xalçasının ən gözəl naxışları
sən mənə əbədi bahar olan bir ömür bağışladın

bilirdim, yoxsan, olmamısan heç
hər səhər yollarında boşdur axtarışlarım
bir xəyalı sevmişəm: nə o qızıl saçlar olub
nə mavi gözlər, nə də ki yağış qadın



Random Lyrics

HOT LYRICS

Loading...