azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - 2012 lyrics

Loading...

[skit: vüqar hosted]
sonda hər şey öz qutusuna qayıdacaq…

[bənd 1] [promete]
nə qələm olmur kömək, nə ağappaq vərəqlər…
bir ağırlıq varsa ürəkdə
küləklər aparsın külünü
istəyirsən yanasan
hərdən fikirləşirəm ki, yuxudayam…

bütün bu ağırlıq düşəcək çiyindən
nə vaxt ki, oyanacam
amma haçanacan davam edəcəyini bilmirəm
mən əhatə dairəsindən kanarda

sən isə bermudumsan
ümidlər sonuncu ölür, sən son ümidimsən!
amma yoxsan yanımda
varsan içimdə

hər addımımda gözümün önündə
nəsə səni xatırladır
zəng edirəm
ya uzun+uzun çağırır
ya da nömrən qapalıdır
(biraz sonra zəng edin)
[nəqarət: qaraqan]
indi kömək eləmir bizə qanadlar
yerimiz uçurumların kənarı
guya qaça+qaça biz xəzandan
uzaq saldıq özümüzdən baharı
indi kömək eləmir bizə qanadlar
yerimiz uçurumların kənarı
guya qaça+qaça biz xəzandan
uzaq saldıq özümüzdən baharı

[bənd 2] [promete]
içimiz daş bazarı, ya da ürək məzarı
gözlərimiz qızarıb, bəbək yerinə qan damarı
gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa
bu sonsuzluğun sonu bizi görən hara aparır?!

işlərimiz artır+artır, azalır sevginin vaxtı
ünsiyyət iki sözlük: “necəsən?”, cavab: “yaxşı”
soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı
inkubator insanlarının olmur qardaşı

[nəqarət: qaraqan]
indi kömək eləmir bizə qanadlar
yerimiz uçurumların kənarı
guya qaça+qaça biz xəzandan
uzaq saldıq özümüzdən baharı

indi kömək eləmir bizə qanadlar
yerimiz uçurumların kənarı
guya qaça+qaça biz xəzandan
uzaq saldıq özümüzdən baharı
[bənd 3] [promete]
indi kömək eləmir iynələr və sistemlər
məhv olunan sevgilərdir, insanların hirsindən
indi kömək eləmir magiyalar, ya da dinlər
dünyanı qurtarmaqçün bu qapqara tilsimdən

sadə şeylər məntiq üçün fantastikdir
texnikalar üstələyir insan ağlın
kim yazır görəsən bu əsəri?
sonunu görmək maraqlı olardı bu nağılın

kiminsə gözü bağlı, kiminsə ağlı bağlı
itib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq
satılır hətta enerji də, indi hər şeyin öz qiyməti
ürəklər də icarəyə verilir, bir neçə yataqlıq

[nəqarət: qaraqan]
indi kömək eləmir bizə qanadlar
yerimiz uçurumların kənarı
guya qaça+qaça biz xəzandan
uzaq saldıq özümüzdən baharı

indi kömək eləmir bizə qanadlar
yerimiz uçurumların kənarı
guya qaça+qaça biz xəzandan
uzaq saldıq özümüzdən baharı



Random Lyrics

HOT LYRICS

Loading...